Maliyyə Nazirliyinin 15 milyon manatlıq istiqrazları üzrə hərrac keçirildi

img

04-05-2016 [18:29]


"Bakı Fond Birjası" QSC-də (BFB) Maliyyə Nazirliyinin tədavül müddəti 91 gün olan 15 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Mia.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 44,5 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 15 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 97,1320 (gəlirlilik 12,0075 faiz), orta ölçülmüş qiyməti isə 97,2377 (gəlirlilik 11.5524 faiz) səviyyəsində müəyyən edilib.

İstiqrazlar avqustun 2-də ödəniləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA