Heydər Babayevin bankı bağlandı - Palata qərar verdi

img

03-05-2016 [11:41]


Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard”a müvəqqəti inzibatçı təyin edib.

Bu barədə palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, son vaxtlar bankin likvidlik və kapital mövqeyi zəifləyib, buna görə də vəziyyəti qiymətləndirmək üçün bankda yoxlama aparılıb.

Yoxlamanın nəticələrinə görə, səhmdarlar və idarəəetmə qurumları vəziyyətdən çıxmaq üçün yetərli imkanlara malik deyil(Fins.az).

Xatırladaq ki, mediada bu bankın sabiq nazir Heydər Babayevə məxsus olduğu haqda təkzib edilməyən məlumatlar yayılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA