Bank Standart yeni sistemin tətbiqinə bazlayıb

img

01-04-2010 [02:38]


Bu gün Bank Standartın baş ofisində bankın rəhbərliyi və Temenos şirkətinin nümayəndələrinin iştirakı ilə yeni sistemin tətbiqi prosesinə həsr olunmuş mətbuat konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, konfransda çıxış edən Bank Standart idarə heyətinin sədrinin müavini Samir Rzayev qeyd edib ki, Azərbaycanın ən böyük banklarından birində bu yeni avtomatlaşdırılmış bank sisteminin tətbiq olunmasını həm ölkə miqyasında, həm də MDB məkanında mühüm bir hadisə kimi qiymətləndirmək olar. T24 sisteminə demək olar ki, bütün bank əməliyyatlarını, o cümlədən, valyuta mübadiləsi, kredit və depozitləri, banklar arası valyuta bazarı, nostro hesabların tənzimlənməsi, akkreditiv və qarantiyalar üzrə əməliyyatlar, qiymətli kağızlar, aktivlərin idarəolunması, kassa-hesablaşma əməliyyatları və s. əhatə edən geniş çeşidli modullar daxildir. Post-sovet maliyyə bazarlarının xüsusiyyətlərinə uyğunlaşdırılmış T24 sistemi bank əməliyyatlarının həyata keçirilməsi üçün yüksək səviyyədə təhlükəsizlik mühiti yaradır və biznes proseslərini dünya səviyyəsinə çıxartmağa imkan verir. Konfransda çıxış edən Temenos şirkətinin MDB və Baltikyanı regionu üzrə Baş direktoru Sergey Metelski qeyd edib ki, yeni proqram təminatı Bank Standartın infrastrukturasının sürətli inkişafı üçün münbit şərait yaradaraq gələcək bir neçə il üçün onun uğurlu yüksəlişi üçün geniş imkanlar açacaq. Temenosun istehsal etdiyi proqram son üç ildə ardıcıl olaraq Banking Technology jurnalının oxucuları tərəfindən tərəfindən ən yaxşı avtomatlaşdırılmış bank sistemi seçilib. Aparılan araşdırmaların nəticələrinə əsasən dünyanın 1000 ən əri bankları arasında T24-dən istifadə edənlərin orta göstəriciləri digər proqramlardan istifadə edən bankların güstəricilərinə görə daha üstündür. Belə ki, Temenos müştəriləri olmayan banklarla müqayisədə bu bankların- Sərmayənin geri qayıtması göstəricisi 62% çox, Aktivləyin geri qayıtması göstəricisi 54% çox, əsas maliyyə göstəricisi isə 7,2 bənd aşağıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA