30-04-2016 [11:37]
İqtisadiyyat Nazirliyinin (İN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini həyata keçirən orqandır.

İndiyə qədər Fond Azərbaycandakı 30700 sahibkara 1 milyard 800 milyon manata yaxın güzəştli kredit verib. Bu kreditlər hesabına ölkə ərazisində yeni istehsal müəssisələri, zavodlar, fermer təsərrüfatları və sair yaradılıb ki, bu da yeni iş yerlərinin açılmasına, ümumilikdə qeyri-neft sektorunun inkişafına ciddi təkan verib. Sözügedən istiqamətdə atılan addımların davamı olaraq, aprel ayının sonunda Abşeron rayonunun Xırdalan şəhərində də SKMF tərəfindən sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Abşeronda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
200-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Abşeron rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir istixana kompleksinin, üzlük daşların, dam örtükləri, plastik qablar və polietilen paketlər istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, bu investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.İşgüzar forum çərçivəsində Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən daha 20 sahibkara 6,4 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, müasir istixana kompeksinin yaradılması, quşçuluq, dondurma, hava kompressorları istehsalı sahələrinin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması nəticəsində 150-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayevin işgüzar forum zamanı səsləndirdiyi fikirlərdən aydın olub ki, ümumilikdə, indiyədək Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1100-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 312,5 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlər, taxıl anbarı, quşçuluq fabrikləri, istixana təsərrüfatları, çörək zavodları, tikinti materialları, tara, yüngül və yeyinti sənayesi məhsullarının istehsalı, ət, mis emalı müəssisələrinin yaradılması və sair sahələr üzrə investisiya layihələri maliyyələşdirilib. Eyni zamanda bildirilib ki, Abşeron rayonunda ümumilikdə indiyədək 8 ət emalı müəssisəsinə 19,1 mln. manat, Abşeron və Bakı şəhərinin ətraf qəsəbələrində ildə 36,2 min ton tərəvəz məhsulları, 8 milyon ədəd dekorativ bitkilər, 10,6 milyon ədəd tərəvəz ştilləri istehsal etmək gücündə olan 25 müasir istixana kompleksinin yaradılmasına 77,8 milyon manat güzəştli kredit verilib.

Sabiq maliyyə naziri, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov saytımıza açıqlamasında SKMF-nin, dövlətin sahibkarlara bu şəkildə verdiyi dəstəyin Bakı, Sumqayıt şəhərlərini, Abşeron, Xızı rayonlarını əhatə edən Abşeron iqtisadi rayonunda qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərəcəyini, bu siyasətin özünü doğruldacağına əminliyini vurğulayıb. O, buna əsas kimi Fondun maliyyələşdirdiyi iqtisadi layihələrin praktik olaraq hamısının qeyri-neft sektoruna aid olmasını göstərib: "Abşeron iqtisadi rayonu böyük ərazini əhatə edir. Burada bu həcmdə iqtisadi layihələrin həyata keçirilməsi öz effektini verir. Buradakı müəssisələrin də istehsal etdiyi məhsullar ümumilikdə ölkədə istehsal edilən məhsulların həcminin artmasına təkan verir.Bundan başqa, bilirsiniz ki, Abşeron rayonu ərazisində böyük istixanalar tikilib. Bu istixanalarda yetirşidilən məhsulların böyük bir qismi xarici ölkələrə, o cümlədən Rusiya bazarlarına ixrac olunur. Rəqabətqabiliyyətli, beynəlxalq bazarlara ixrac olunacaq məhsul istehsal etməyin özü böyük şərtdir iqtisadiyyatda. Bu o deməkdir ki, ölkəyə valyuta axını təmin olunur”.
İqtisadçı ekspert bildirib ki, SKMF ilə bərabər, Azərbaycan Prezidenti İlham Əliyev də sahibkarlara dəstək xarakterli yeni fərman və sərəncamlar imzalayıb: "Həmin sərəncamların birində investisiya layihələrinin xüsusi maliyyələşdirmə vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub, ölkəmiz 5 investisiya zonasına bölünüb. Hər bir zonaya iqtisadi imkanlarına, xüsusiyyətinə, potensialına görə yatırılacaq investisiya həcmi və layihələri göstərilib. Bir müddət öncə "İnvestisiyaların təşviqi haqqında” sənədin qəbulu, reallaşdırılması istiqamətində addımlar, yəni Azərbaycanın 5 iqtisadi zonaya bölünməsi bütünlükdə qeyri-neft sektorunun daha da inkişafına hesablanmış tədbirlərdir. Biz iqtisadiyyatımızın bundan sonrakı postneft dövründə yüksəlişini yalnız real sektorun inkişafında görməliyik və görməkdəyik. Bu istiqamətdə dövlət və hökumət başçısı, digər icra orqanları tərəfindən çox ciddi addımlar atılır. Təkcə son 6-7 ay ərzində bu sahədə olduqca səmərəli, vacib qərarlar qəbul olunub. Abşeron iqtisadi rayonunda bir sıra layihələrin reallaşdırılmasına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən uzunmüddətli güzəştli kreditlərin verilməsi də bu proseslərin tərkib hissəsidir. Bu, sahibkarlığın inkişafına köməkdir, sahibkarla dövlətin ən böyük dəstəyidir”.
Professor F.Yusifov qeyd edib ki, yeni qaydalara əsasən bundan sonra SKMF daha böyük güzəştlərlə kredit siyasətini həyata keçirəcək: "İqtisadi layihəlırin reallaşması zamanı nəzərdə tutulan avadanlıqlar xaricdən gətirildiyi təqdirdə onlar gömrük və vergi rüsumlarından azad olunub. Bu faktın özü də iş adamlarına dövlətin dəstəyinin daha bir nümunəsidir. Bununla yanaşı, ayrılmış kredit əsasında iqtisadi layihə tam reallaşana, tikilib başa çatana qədər, həmin müəssisə bir sıra vergilərdən tam azad olunub. Bu da imkan verir ki, sahibkarlıq subyektlərinin fəaliyyəti daha da genişlənsin. Ümumilikdə bütün bunlar dövlət səviyyəsində özəl sektora qayğının nəticəsidir. Bəzən insanlar arzulayırlar ki, hansısa iqtisadi layihə həyata keçiriləndən dərhal sonra bunun iqtisadi səmərəsi özünü göstərsin, böyük gəlirlər əldə olunsun. Bu, yaxşı arzudur, amma bəzi təbii proseslər var ki, onların baş verməsini gözləmək zəruridir. Misal üçün, Abşeron iqtisadi rayonunda 1100-ə qədər investisiya layihəsi maliyyələşdirilib. Bu layihələrin bir qismi başa çatıb, artıq məhsul istehsalına, onun bazara çıxarılmasına başlanılıb və hələlik bundan əldə edilən gəlirlə Fonddan götürülən güzəştli kreditin qaytarılmasına çalışılır. Bəzi layihələr var ki, hələ tamamlanmayıb və onların tamamlanması prosesi gedir. Elə layihələr də var ki, onların reallaşdırılmasına hələ təzə başlanılıb və tamamlanması üçün uzun müddət lazımdır. Yəni, 1100 layihəyə investisiyanın yatırılması hələ o demək deyil ki, onların hamısı istifadəyə verilib və fəaliyyət göstərirlər. Ona görə də birdən-birə maksimum nəticələr gözləmək düzgün deyil”.
Sabiq maliyyə naziri onu da əlavə edib ki, iqtisadiyyatı neftdən asılı olan ölkələrdə bu asılılığı minimuma endirmək ən çətin məsələlərdən biridir. Professorun fikrincə, Azərbaycanda bu istiqamətdə qəbul edilmiş qərarlar, atılan addımlar, ən əsası da seçilən yol düzgün yoldur: "Bunu yalnız biz deyil, Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq maliyyə qurumları da qeyd edirlər. Hətta bu yaxınlarda beynəlxalq Valyuta Fondunun rəhbəri post neft dövründə iqtisadiyyatı yenidən qurmaq üçün Azərbaycanda aparılan islahatları bir nümunə kimi təqdim etdi. Sadalananlar onu deməyə əsas verir ki, biz müəyyən etdiyimiz kursla yalnız Abşeron iqtisadi rayonunda deyil, bütövlükdə ölkə ərazisində iqtisadiyyatın neftdən asılılığını optimal bir həddə qədər endirilməsinə nail olacıq. Abşeron iqtisadi rayonunda da bu istiqamətdə işlər çox sürətlə gedir. Ölkəmiz üzrə bütün sahələrin böyük bir potensialı Abşeron yarımadasında mövcuddur. Ona görə də bu iqtisadi rayonda daha böyük iqtisadi layihələrin həyata keçirilməsi təbii haldır”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti, iqtisadçı Nicat Hacızadə isə hesab edir ki, Abşeron rayonu digər iqtisadi rayonlara nisbətən ölkə büdcəsinə daha böyük töhfə verir. O, hələlik bu töhfədə neftsənayesinin daha böyük rol oynadığını söyləyib: "Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2015-ci il ərzində 158 milyon 145 min manat pul ayrılıb. Həmin pulun 63 faizi demək olar ki, kənd təsərrüfatına yönəldilib. Bu amili nəzərə alsaq, sözügedən zonaların paytaxtdan kənarda, münbit qara torpaqlara malik olması aydınlaşar. Qalan hissəsidə xidmət sektorunun payına düşür. Abşeron iqtisadi rayonu üzrə isə ayrılmalar, xüsusilə kənd təsərrüfatı üzrə böyük paya sahib deyil. Abşeron rayonunda əsasən səhra və yarım səhra xarakterli kənd təsərrüfatı məhsullarının istehsalı daha çox yayılıb. Buradakı insanlar əllərindəki vəsait hesabına infrastrukturun inkişafını təmin edə bilir, fəaliyyətlərini genişləndirə bilirlər. Bunun bir səbəbi də paytaxt Bakının da Abşeron iqtisadi rayonunun tərkibində olmasıdır. Onu da nəzərə almaq lazımdır ki, Abşeron rayonu neft sənayesi üzrə daha çox ixtisaslaşıb. Ona görə də burada qeyri neft sektoru üzrə burada əsasən xidmət sektoru üstünlük təşkil edir. Fond tərəfindən ayrılan güzəştli kreditlər də bu iqtisadi rayonun xidmət sferasını daha çox əhatə edir”.
Zaur ƏHMƏD
Yazı İqtisadiyyat Nazirliyi tərəfindən Kütləvi İnformasiya Vasitələri nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi