Pensiyaçılara kreditlərin verilməsinin dayandırılmasına nazirdən açıqlama

img

28-04-2016 [14:48]


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov pensiyaçılara kreditlərin verilməsinin müvəqqəti dayandırılması ilə bağlı açıqlama verib.

Nazir təqaüdçülərin hüquqlarının pozulmaması üçün Maliyyə bazarlarına nəzarət palatasının ən ideal düstur üzərində işlədiyini, tezliklə məsələnin öz həllini tapacağını bildirdi.

"Qəbul olunan qərarın müsbət tərəfi, pensiyaçıların əldə etdikləri məbləğlərin tamamilə onların fərdi ehtiyaclarının ödənilməsinə imkanların yaradılmasıdır. Digər tərəfdən pensiyaçıların özlərinin də kreditə ehtiyacı ola bilər. Onların bir vətəndaş kimi hüquqları çatır ki, kreditdən istifadə etsinlər. Bu isə məsələnin mənfi tərəfidir. Maliyyə bazarlarına nəzarət palatası bunun tam dəqiq düsturunu tapacaq ki, pensiyaçıların bu hüquqları pozulmasın”, - deyə nazir məsələnin həlli yollarından danışarkən bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA