Banklarda kredit kartları ilə əməliyyatlar dayandırıldı - Səbəb

img

27-04-2016 [15:16]


Azərbaycan bankları kredit kartları üzrə əməliyyatları dayandırıblar ki, bu da Azərbaycanda xarici valyutada istehlak kreditlərinin verilməsinə moratoriyanın tətbiq edilməsi ilə bağlıdır.

Mia.az Trend-ə istinadən bildirir ki, bunu Banklar Assosiasiyasından deyiblər.

Assosiasiyadan bildiriblər ki, xarici valyutada kredit kartları üzrə əməliyyatlar istehlak kreditlər kateqoriyasına daxil olduğuna görə banklar onları müəyyən müddətə dayandırıblar.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə aprelin 5-dən banklar xarici valyutada istehlak kreditlərinin verilməsini 1 ay müddətinə dayandırıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA