Türkiyənin məzhur DAŞ FIRIN ustası artıq BüYüKFIRATdadır!

img

30-03-2010 [06:36]


90-cı illərdən bəri Azərbaycanda Anadolu mətbəxinin elçiliyini şərəflə yerinə yetirən, halallıq və təmizlik prinsipinə sadiq qalan BÜYÜKFIRAT RESTAURANT həm də Azərbaycandakı türk restoranları üçün məktəbə çevrilib. Bu gün əminliklə deyə bilərik ki, ölkəmizdəki Türk Mətbəxinin nümayəndələri sayılanları restoranların əksəriyyətinin ustaları BÜYÜKFIRAT MƏKTƏBİNİN məzunlarıdır. Bu gün də BÜYÜKFIRAT RESTAURANTda olduqca təcrübəli ustalar çalışmaqdadır. Türkiyənin çox təcrübəli aşpazları olan Ustabaşı Əziz Usta, Azərbaycanda Lahmacun dedikdə ilk ağıllara gələn Dəhşət Usta, məşhur kababçı Mustafa Ökte və onlarla Türk və Azərbaycanlı usta BÜYÜKFIRAT RESTAURANT çətirinin altında fəaliyyət göstərməkdədir. Bu günlərdə BÜYÜKFIRAT AİLƏSİNƏ Türkiyənin çox ünlü DAŞ FIRIN USTASI HACI ÇETİNKAYA qatılıb. Öncəliklə, Hacı Çetinkayanı tanıyaq... Türkiyənin Adıyaman şəhərində anadan olan Hacı Çetinkaya 30 ildən çoxdur ki, Türkiyə və dünyanın bir çox ölkələrində DAŞ FIRIN USTASI kimi tanınır. Çox özəl daşlardan hazırlanan bu DAŞ FIRINLARın ünü Adıyamanın sərhədlərini çoxdan aşıb. Bu gün Türkiyənin müxtəlif bölgələrindən Hacı Çetinkayanı DAŞ FIRIN qurması üçün dəvət edirlər. Hacı Ustanı ərəb qardaşlarımız da yaxşı tanıyır. Misir, Qana kimi ölkələrdən Pribaltika ölkələrinə qədər bir çox ölkədə ad-sanı var Hacı Çetinkayanın... Hacı Çetinkaya bu şöhrəti öz əlinin bəhrəsi ilə qazanıb. Xüsusi daşlardan hazırladığı DAŞ FIRINın sirrlərini Hacı Ustanın özündən soruşduq. Vulkanik daşlardan hazırlanan DAŞ FIRINla bağlı danışan Hacı Çetinkaya Bakıya ikinci dəfə gəldiyini söyləyir: ?Bakı ilə məni mənəvi tellər bağlayır. Çünki xeyli sayda həmyerlim burada çalışırlar. Xüsusilə, Hüseyin Büyükfırata böyük hörmətim var. Birinci dəfə də Bakıya çox hörmətli dostum, Hüseyin Büyükfıratın dəvəti ilə gəlmişdim. O zaman qismət olmamışdı, bu dəfə BÜYÜKFIRAT TESİSLƏRİNDƏ DAŞ FIRIN qurmağa nail olduq?. ?Mənim əsas ixtisasım fırınçılıqdır. Hər cür fırın hazırlayıram. İstər lahmacun, istər pidə, istərsə də digər fırınları qururuq. Türkiyədə daha çox işimiz olur, ancaq xaricdən gələn təklifləri də dəyərləndirir və ona görə hərəkət edirik.? deyən Hacı Çetinkaya ?Şəhərlərarası, dövlətlərarası şəkildə biz bu işlə məşğuluq. Keçən il Qatardan və Bolqarıstandan dəvət etdilər. İşimin çox olması səbəbindən heç birisinə gedə bilmədim.? söyləyir. DAŞ FIRINın digər fırınlardan fərqinə gəlincə, Hacı Usta ?Böyük fərqi var. Xüsusilə Bakıda əksər fırınların yanlış qurulduğunun şahidi oldum. Belə ki, əgər bir fırında nəsə, məsələn çörək bişirmək istəyirsinizsə, onun hər iki tərəfi eyni tempraturda bişməlidir. Bakıdakı fırınlarda isə çörəyin altı bişsə də, üstü eyni dərəcədə bişmir və məhsul hədər olur. Və Bakının mavi qazı olmasa, bu fırınlar heç bir işə yaramaz. Çünki quruluşu yanlışdır. DAŞ FIRINa gəlincə, biz bu fırının altına vulkanik daş döşəyirik (əli ilə göstərir). Bu daşların altına 2 ton duz atırıq ki, isitimə sistemində balans yaransın. Balans yarandıqda, onda bişən çörək də mükəmməl olur. Bunun daşı da hər yerdə tapılmır. Türkiyənin sadəcə Urfa və Qaziantepdə tapa bilərsiniz. Qara Dəniz bölgəsində da bu daşdan olduğu deyilsə də, Antepdəki keyfiyyətdə deyil. Daş da özəl seçildiyi üçün keyfiyyət ortaya çıxır? söyləyir. Qeyd edək ki, Hacı Usta Büyükfıratda olduğu müddət ərzində, digər firmaların da sifarişini qəbul etməyə hazır olduğunu dilə gətirdi: ?Buraya Büyükfırat Tesislərinə gəlmişəm və Hüseyin bəyin istədiyi qədər Büyükfırat restoranlarında fəaiyyət göstərəcəm. Eyni zamanda burada olarkən, Büyükfıratdan kimsə DAŞ FIRIN tikməyimi arzu edərsə, Hüseyin bəyin icazəsi ilə sifarişlərə də qapımız açıqdır. Əminəm ki, Azərbaycanda bu fırınların keyfiyyəti düzgün anlaşılsa, kimsə bir daha digər fırınlardan istifadə etməzlər. Çünki yuxarıda da qeyd etdiyim kimi bunların arasında böyük bir fərq var?. Biz Hacı Çetinkayanın yanından ayrılarkən, o, ciddi-cəhdlə işləyir, bir an öncə bu fırını BÜYÜKFIRATa təhvil vermək üçün çalışırdı. İşin avand olsun Usta!!! Hacı Çetinkaya ilə maraqlanmaq və ya DAŞ FIRIN sifariş vermək üçün +90 537 607 60 55 telefon nömrəsi ilə əlaqə saxlamaları yetər. BÜYÜKFIRAT MƏTBUAT XİDMƏTİ

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA