26-04-2016 [12:58]
Bu ilin aprel ayının 18-də bəzi supermarket sahiblərinin İqtisadiyyat Nazirliyinə əlavə dəyər vergisinə sıfır dərəcə tətbiq etməklə bağlı müraciətindən sonra, mətbuat səhifələrində və TV kanallarında geniş müzakirələr açıldı. Nə qədər qəribə də olsa, problemin əsil həqiqətdə nədən ibarət olduğunu aydınlaşdırmayan bəzi iqtisadçılar və jurnalistlər dərhal bu marketlərin "müdafiəsinə” qalxdılar.
Biz mətbuat səhifələrində bu məsələyə fərqli münasibət bildirdik. Təklif etdik ki, bütün maraqlı tərəflərin - İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Supermarket sahiblərinin nümayəndələrindən ibarət bir komissiya yaradılsın və birgə müzakirə ilə bu müraciətin kökündə əsil həqiqətdə nəyin dayandığı aydınlaşdırılsın. Heç şübhə yoxdur ki, müraciətin altından imza atan supermarket sahibləri problemin kökünün əlavə dəyər vergisində olmadığını hər kəsdən çox yaxşı bilirlər. Çünkü bu marketlərdə əlavə dəyər vergisi onsuz da sıfr dərəcə ilə tətbiq olunur. Bəs onda supermarket sahiblərini narahat edən nədir? Nə üçün onlar qiymətlərin yüksək olmasını və bu səbəbdən ticarət dövrüyyəsinin getdikcə azaldığını əsas gətirərək, nəticə etibarilə iş yerlərinin ixtisara düşəcəyi, marketlərinin bağlanacağı ilə bağlı "həyacan təbili çalırlar”.
Öncə onu demək lazımdır ki, supermarket sahiblərinin bu müraciətində məsələ yersiz və əsassız şəkildə bu qədər şişirdilib. Onların manatın məzənnəsində baş verən kəskin dəyişikliklərdən sonra, bəzi qiymətlərin artması səbəbindən ticarət dövrüyyəsinin azaldığına dair məlumatları yanlışdır - əksinə bu dövrdə həmən supermarketlərdə ticarət dövriyyəsi kifayət qədər artıb. İkincisi, supermarketlərdə əhaliyə satılan malların qanuniliyini təsdiq edən sənədlər mövcud olduğu tədqirdə, həmən mallar üzrə ƏDV sıfr dərəcə ilə tətbiq olunur.
Əgər məsələnin kökü yalnız qanuni sənədlərin mövcudluğundadırsa, onda problemi ƏDV-nin üzərinə gətirmək hansı məntiqə sığışır?
Belə çıxır ki, market sahibləri öz qanunsuz əməllərini başqa bir qanunsuzluqla – vergi müfəttişliyini qanunsuzluğa məcbur etməklə bağlamaq istəyirlər. Onlar başa düşməlidirlər ki, müvafiq təsdiqedici sənədləri olmayan mallara ƏDV-ni sıfır dərəcə ilə tətbiq etmək mümkün deyil və vergi xidmətini buna təhrik etmək cəhdləri yanlış bir hərəkətdir.
Əgər doğrudan da söhbət marketlərdə satılan malların qiymətlərinin yüksək olmasından gedirsə, onda bu malların son qiymətlərinə təsir edən diğər qeyri-rəsmi və səmərəsiz xərclər də araşdırılmalıdır. İlk növbədə, market sahibləri bəzi malların mağazanın piştaxtasına neçənci vasitəçi tərəfindən gəlib düşdüyünün fərqində olmalıdırlar.
Bizdə olan məlumatlara görə, bəzi məhsullar 2-ci, 3-cü, bəzən də daha çox vasitəçinin pəncəsindən çıxaraq mağazaların piştaxtalarına gəlib düşür. Bu isə o deməkdir ki, hər vasitəçi malın qiymətinə 8-10% əlavə edir və nəticə etibarilə məhsulun qiyməti əsassız olaraq şişir.
Eyni qayda ilə məhsulun son qiymətinə digər neqativ məqamlar da az təsir etmir. Bax, məsələnin kökünü bu istiqamətlərdə araşdırmaq lazımdır. Onda, son qiymətə nəyin necə təsir etdiyi müəyyənləşəcək və market sahiblərinin bu müraciətinin nə qədər əsassız olduğu hər kəsə tam aydın olacaq.
Fikrət Yusifov, iqtisadçı professor
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi