"Bank of Azerbaijan" ?Gənclik? metro stansiyası yaxınlığında yeni filial açıb

img

30-03-2010 [05:07]


?Bank of Azerbaijan? filiallarının optimallaşdırılmasına dair siyasətini davam etdirir. Bankın mətbuat xidmətindən verilən məlumata görə, bunun bariz nümunəsi Novruz bayramından sonra ilk iş günləri bankın ?Gənclik? metro stansiyası yaxınlığındakı Xoyski küç. 2a ünvanında yerləşən yeni böyük filialının açılışıdır. Filialın sahəsi 340 kv.m təşkil edir. Burada eyni zamanda 10 müştəriyə xidmət göstərilir. Qeyd edək ki, filialın açılışı bankın 2009-cu ilin əvvəlindən başladığı filiallar şəbəkəsinin optimallaşdırılması siyasətinin davamıdır. 2009-cu ilin sonunda ?Bank of Azerbaijan?ın ?Elmlər Akademiyası? metro stansiyasının yaxınlığında böyük filialı açılıb. ?Bank of Azerbaijan?ın nizamnamə kapitalının həcmi 15 milyon manat, bank aktivlərinin ümumi həcmi isə 144 milyon manatdan çoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA