Maliyyə Bazarlarına Nəzarət Palatasında yeni təyinat

img

25-04-2016 [16:48]


Maliyyə Bazarlarına Nəzarət Palatasının strukturunun formalaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Belə ki, Palatanın Sığorta nəzarəti departamenti, Sığorta vasitəçilərinə nəzarət qrupuna rəhbər təyin edilib. Bu vəzifə Aqşin Əlizadə həvalə olunub.

Qeyd edək ki, A. Əlizadə buna qədər Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətində çalışıb.

Xatırladaq ki, prezident İlham Əliyevin fevralın 3-də imzaladığı sərəncamla Dövlət Sığorta Nəzarəti Xidməti ləğv edilib.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA