Sabah Bakı Fond Birjasında hərrac keçiriləcək

img

30-03-2010 [12:23]


Sabah saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən verilən məlumata görə, notların buraxılış parametrləri 50101225S dövlət qeydiyyat nömrəli, ümumi həcmi 5 milyon manat, hərraca çıxarılan həcm 4 milyon manat, bir notun nominal dəyəri 100 manatdır. Notların tədavül müddəti 28 gün, ödəmə tarixi 28 aprel 2010-cu ildir. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı, notlar buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA