Dollar kəskin bahalaşacaq - FED bu il uçot dərəcəsini iki dəfə artıracaq

img

23-04-2016 [13:19]


ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) bu il ərzində uçot dərəcəsini iki dəfə artıracaq. Bu barədə "Reuters" agentliyi yazır.

Agentliyin keçirdiyi sorğuda iştirak edən iqtisadçı və analitiklərin 80%-i hesab edir ki, ilk artım iyun ayında, ikinci isə ilin sonunda baş verəcək. İqtisadçıların fikrincə, iyunda FED rəhbərliyi uçot dərəcəsini 0,5-0,75%-dək artıracaq.

Bununla yanaşı, ekspertlər hesab edir ki, aprelin 26-27-də baş tutacaq növbəti toplantıda FED uçot dərəcəsini dəyişməyəcək.

Qeyd edək ki, martda baş tutan son iclasda FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,50% diapazonunda saxlayıb. ABŞ Mərkəzi Bankı bunu qlobal iqtisadiyyatda mövcud olan risklərlə izah edib(apa).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA