23-04-2016 [11:13]
"Supermarket sahiblərinin İqtisadiyyat Nazirliyinə müraciəti, dövlət orqanlarının ona reaksiyası və bu ətrafda gedən göstərdi ki, sahibkarlar qarşılaşdığı çətinlikləri ya bilərəkdən və ya bilməyərəkdən düzgün təqdim etmirlər. Eyni zamanda onların müraciətində əgər vergi güzəştləri verilməzsə qiymətləri qaldırmaq və işçiləri ixtisar etmək məcburiyyətində qalacaqlar fikri də obyektiv deyildir. Çünki, qiymətlər kifayət qədər bahalaşıb, işçilər də mümkün qədər ixtisar olunub. Ola bilər ki, qiymətləri pərakəndə satışla məşğul olan mağazalar deyil, topdansatış şirkətləri bahalaşdırıb. Bu ayrıca araşdırma tələb edən vacib məsələdir. Amma məsələ burasındadır ki, adı müraciətdə yer alan supermaketlərin bəziləri həm də bir sıra məhsulların idxalı ilə də məşğul olur".
Mia.az xəbər verir ki, bu açıqlama ilə ilə çıxış edən tannmış iqtisadçı Qubad İbadoğlu vergi güzəştlərini alan supermarket sahiblərinin qiymətləri ucuzlaşdırıb, işçiləri artıracaqlarına ümid etmir: "Çünki, böyük ticarət şəbəkələrinin ziyanla işləməsi yalnlz vergilərin yüksək olması ilə əlaqədar deyildir. Çox uzaq olmayan zamanlarda gömrükdə inhisarçılığın yığışdırılması və qeyri- rəsmi ödənişlərin azalması heç də qiymətlərin ucuzlaşmasını şərtləndirmədi, əksinə idxal qiymətləri daha da bahalaşdı. Eyni zamanda manatln ucuzlaşmasını əsas götürüb qiyməti bahalaşdıranlar, nədən manat bahalaşanda qiymətləri endimirlər.
Deməli bu müraciətin arxasında başqa məqsədlər dayanır. Əvvala hesab edirəm ki, böyük ticarət şəbəkələrinin birlikdə müraciəti həm də güc nümayişidir. Necə ola bilər ki, bir-birlərinə rəqib olanlar qısa zamanda birləşmək və mövqe ifadə etmək fikrinə düşdülər. Fikrimcə, supermarket sahiblərinin İqtisadiyyat Nazirliyinə birgə müraciətində əsas məqsəd həm dövlət orqanlarına və həm də istehlakçılara biz qiymətləri bir daha bahalaşdırmaq məcburiyyətindəyik mesajını çatdırmaqdır. Amma hesab edirəm ki, hətta onlar hər iki istəklərinə (həm vergi güzəştinə və həm də qiymət bahalaşmasına) nail olduğu halda da mövcud böhranlı vəziyyətdən çıxa bilməyəcəkdir. Çünki, indiki halda həm Mərkəzi Bankın buxovlayıcı monetar və həm də Maliyyə Nazirliyinin məhdulaşdırıcı fiskal siyasəti nəticəsində alıcılıq qabliyyəti kəskin aşağı düşüb. Ölçüsündən asılı olmadan bütün ticarət şəbəkələrinin əsas problemi budur. Bu problem də yalnış iqtisadi və sosial siyasətin nəticəsində yaranıb və bu siyasət davamlı olarsa o halda özünün dağıdıcı effekti ilə milli iqtisadiyyatı və xüsusilə də yerli biznesi daha açınacaqlı vəziyyətə sala bilər.
Belə olan halda istehlakçılar nəinki qiymət bahalaşması, eyni zamanda istehlak malların keyfiyyətinin pisləşməsi və qıtlığının yaranması ilə də qarşılaşa bilərik. Ona görə də hesab edirəm ki, hökümət bu maraciəti diqqətə götürüb, vəziyyəti dərindən öyrənməli və bir-biri ilə əlaqələndirilmiş ciddi qərarlar qəbul etməlidir. Həmin qərarların konseptual əsaslarını Azərbaycan Demokratiya və Rifah Hərəkatının "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi"ndə təqdim etsək də reallaşması ləngiyir. Belə şəraitdə islahatların effekti həm də vaxt amilindən asıldır. Nə qədər yubansaq, bir o qədər də xərclərimiz artacaq və çox itirəcəyik".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi