Pensiyaçılara kredit veriləcək - Müvəqqəti dayandırılıb - RƏSMİ

img

22-04-2016 [14:40]


Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası banklara pensiyaçılara kredit verilməsi prosesini müvəqqəti dayandırmağı tövsiyə edib.

Mia.az xəbər verir ki, bu barədə Trend-ə Palatadan bildiriblər. 

Qurumdan deyiblər ki, bank sektorunun aktual problemlərini öyrənmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bank sektorunun rəhbərləri və nümayəndələri ilə görüşüb: 

"Bu problem (pensiyaçılara kreditlərin verilməsi ilə bağlı - red.) sektorun nümayəndələri tərəfindən səsləndirilib".

Palatadan əlavə ediblər ki, bununla əlaqədar olaraq və pensiyaçıların sosial həyatına təsiri nəzərə alınaraq banklara pensiyaçılara kreditlərin verilməsini dayandırmaq tövsiyə olunub: 

"Qadağa müvəqqətidir və tövsiyə xarakteri daşıyır. Yaxın vaxtlarda Palata mövqeyini bildirəcək və bu məsələ ilə bağlı hansı addımların atılacağı barədə məlumat verəcək".

Maliyyə Bazarlarına Nəzarət Palatasından qadağanın qüvvədə olma müddətini açıqlamayıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA