21-04-2016 [10:45]
21 dekabr devalvasiyasından sonra hakimiyyət böhranın qarşısını real addımlar atmaqdansa, imitasiya ilə cəmiyyəti aldatmaq yolunu tutdu. Kütləvi ixtisarların getdiyi bir vaxtda ölkə başçısı Ilham Əliyev işsiz qalanları dövlət qurumlarında işləməyə dəvət edib. Onun bu çağırışından sonra "yeni iş yerləri” ilə bağlı kampaniyaya start verildi.
Rayonlarda əhali məşğulluq idarələrinin qarşısına toplaşdı. Bəzi bölgələrdə, xüsusilə Gəncədə bu toplantılar aksiyaya çevrildi. Həmçinin bəlli oldu ki, məşğulluq idarələrinin qarşısına toplaşan insanlar dövlət qurumlarına göndərilsə də, onlara "iş yoxdur” cavabı verilib. Daha sonra "Azadlıq” qəzeti bu "Azərenerji”də bu prosesin necə getdiyini əks etdirən sənədlər yaydı. Həmin sənədlərdən aydın olurdu ki, fevralın 19-da Etibar Pirverdiyev əmr imzalayıb. Həmin əmrdən bəlli olur ki, "Azərenerji” prezidenti Ilham Əliyevin çağırışına uyğun olaraq "yeni iş yerləri” açıb. Etibar Pirverdiyev əmr verib ki, hansısa tikinti və abadlaşdırma sahələri yaradılsın. "Azərenerji”dən çıxarılan işçiləri həmin sahədə işlə təmin olunsun. Beləliklə, energetiklər tikintilə məşğul olacaqlar. Onların maaşla necə təmin olunacaqlarına gəlincə, növbəti əmrdə və "Azərenerji”nin baş mühəndisi Həsən Həsənovun bu əmrə müvafiq olaraq qurumun bütün strukturlarına verdiyi göstərişdən aydın olur ki, yeni işçilər əmək haqqı ilə təmin etmək üçün rəhbər vəzifədə çalışanlar istisna olunmaqla, digər işçilərin maaşına "əl gəzdirilib”.
Dünən isə redaksiyamıza daha bir sənəd daxil olub. Bu, Etibar Pirverdiyevin martın 16-da imzaladığı növbəti əmrdir. Sənəddən aydın olur ki, "Azərenerji”nin idarə aparatının tərkibindəki Enerjinəzarət Idarəsi, Əməyin Təhlükəsizliyi Xidməti, və Yanğından Mühafizə Xidməti ləğv edilib. Onların yerinə baş mühəndisin funksional tabeçiliyində Enerjinəzarət Xidməti, Texniki şərtlərin verilməsi xidməti və Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və istismara nəzarət xidməti yaradılsın.
Etibar Pirverdiyevin bu əmrilə qurumda kütləvi ixtisarlar baş verib. Məsələn, ləğv edilmiş Enerjinəzarət Idarəsinin 300 işçisi olub ki, onu əvəzləyən yeni struktura həmin işçilərdən cəmi 58 nəfəri götürülüb. Texniki şərtlərin verilməsi xidmətində isə 28 işçidən 3-ü saxlanılıb. Yanğından mühafizədə işçilərin sayı 4-dən 1-ə, istismara nəzarət xidmətində isə 14-dən 2-yə endirilib. Bir daha qeyd edək ki, yeni yaradalına strukturların işçilərin əvvəlki qurumlardan transfer olunub.
Onu da qeyd edək ki, "Azərenerji”də bayramlarda işçilərə verilən 105 manat 52 manat 50 qəpiyə endirilib. Bayramların sayı da azaldılıb. Indi "Azərenerji”də çalışanlar həmin pulu yalnız Energetika və Dünya Azərbaycanlılarının Həmrəyliyi günlərində alırlar. Bundan başqa məzuniyyət vaxtı həmkarların xəttilə verilən pul da ləğv olunub. Beləliklə, göründüyü kimi hakimiyyətin yeni iş yerləri ilə bağlı kampaniya tamamilə fiaskoya uğrayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi