20-04-2016 [20:33]
Seymur VERDİZADƏ
Milli Məclisin deputatı Aqil Abbas kənddə yaşayan insanlara soğan əkməyi təklif edəndə hamı onu məsxərəyə qoydu. O vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, cəmiyyətin Aqil müəllimə hansı səbəbdən təpki göstərdiyini hələ də anlaya bilməmişəm.
Aqil Abbas kənd camaatına necə məsləhət verməliydi? Deməliydi ki, marixuana əkin?
Kəndlinin işi əkib-becərmək, bolluq yaratmaqdır. Kənddə təmiz hava ilə yanaşı, həm də halallıq, ruzi-bərəkət var. Torpaq onun nazını çəkən, onunla pərvərişdə olan heç kimi ac qoymur. Kənddə doğulan, kənddə böyüyən bir insan kimi mən özüm bunun şahidi olmuşam. Yediyimiz meyvənin dənəsi əlimizdən sürüşüb yerə düşəndə onu götürməyin əziyyətinə qatlaşmazdıq. Bir müddət sonra həmin yerdə bir fidan cücərərdi.
Hər dəfə bölgələrimizə üz tutanda qəlbimi qəm-qüssə alır. Azərbaycan kəndlərinin sürətlə boşalması məni son dərəcə məyus edir. Ucqar kəndlərimizin çoxunda evlərin qapısından paslı qıfıl asılıb. Hərə bir bəhanə ilə doğma yurdu tərk edir. Səbəb həmişə eyni olur: iş yoxdur. Bizim kənddə isə iş heç vaxt qurtarmırdı...
Bakıda yaşayan bir tanışım bu yaxınlarda işədüzəltmə bürosu açıb. Yeni işə başlamasının bir ayı tamam olmasa da, 3 mindən artıq müraciət var. Dünən masanın üzərində qalaqlanmış anketləri bir-bir nəzərdən keçirdim. Balakəndən Hacıqabula, Qusardan Sumqayıta kimi bütün bölgələrimizdən iş üçün müraciət edənlər var. İş axtaranların 90 faizi qadınlardı. Dünən boş vaxtım çox olduğu üçün bu adamların bəziləri ilə söhbət edə bildim. Kimi sorğu-sual etdimsə, dedi ki, Bakıda kirayədə yaşayır. Müraciət edən qadınların əksəriyyəti xadimə, qulluqçu və dayə işləmək istəyir. Çoxu oğul-uşaq sahibidir, pəhləvan kimi həyat yoldaşları var. Sən demə, Bakıda kişilər üçün iş tapılmadığından ailənin yükünü qadınlar öz boyunlarına götürməli olublar...
Bir neçə gün əvvəl Milli Parkda 60-62 yaşlı bir kişi ilə tanış oldum. Dedi ki, sovet hökuməti dağılana kimi Haramıda böyük kolxozların birində sədr işləyib. Şəxsi təsərrüfatını qura bilmədiyinə görə, beş il əvvəl ailə üzvlərilə birlikdə Bakıya köçüb. Hazırda Binədə darısqal bir evdə kirayədə yaşayırlar. Necə dolandıqlarını soruşanda, cavabı belə oldu: "Arvadım imkanlı bir adamın evində dayə, qızım isə şirniyyat sexində usta işləyir. Ayda hərəsi 300 manat maaş alır. Bir təhər keçinirik”.
Halbuki onlar kənddə inək saxlasaydılar, indikindən qat-qat yaxşı dolanardılar. Bu sualın cavabını heç cür tapa bilmirəm: niyə insanlar Bakıda hansısa ədəbaz milyonçunun kirli corablarını yumağa, onların ərköyün nəvələrini səhərdən-axşama kimi kürəklərində gəzdirməyə razı olurlar, amma dövlətin verdiyi torpağı əkib-becərmək istəmirlər?
Təvazökarlıqdan uzaq olsa da, yazacağam: rəhmətlik atam Cəbrayılda müəllim işləsə də, böyük təsərrüfatımız vardı. Hətta il quraqlıq olanda belə, ən azı iki inəyimiz sağılırdı. Həyətimizdəki toyuq-cücənin, hind quşlarının sayı-hesabı yox idi. Doqquzuncu sinifdə oxuyanda ot biçmək üçün atam mənə ayrıca dəryaz düzəltdirmişdi. 15-16 yaşım olanda heyvanları yemləmək üçün hər gün bir araba ot biçirdim. Bu qədər işin arasında kitab oxumağa, dövri mətbuatı mütaliə etməyə də vaxt tapırdım. Sinif yoldaşlarım da təsdiq edə bilərlər: Nizami Gəncəvinin "Xosrov və Şirin” əsərini rəhmətlik Əlif kişi ilə mal nobatına gedəndə oxumuşdum.
Başa düşürəm, kənd həyatı sovet filmlərində gördüyümüz kimi romantik deyil. Mal-qara, qoyun-quzu saxlamaq üçün yayda qızmar günəş altında ot biçmək, saatlarla ayaq üstdə qalmaq, tövlə kürümək lazımdır. Amma bütün bunlar Bakıda arvad hesabına yaşamağın əzabına qatlaşmaqdan çətin deyil...
Baş katib Ukraynanın NATO-ya yolunu qapatdı, Putinə isə xəbərdarlıq etdi: "Praktik olaraq mümkün deyil, Rusiya isə bilməlidir ki..."
Məşhur müğənnilərin həbsi... - Türkiyəni çalxalayan əməliyyatdan yeni xəbər var (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" “Sabah”a uduzdu - Liderlikdə əldən çıxdı
Qəzzada gərginlik: üç uşaq yaralanıb
Putinin sözçüsü: "Bunu çox təhlükəli hesab edirik"
Kreml: "ABŞ rəsmiləri ilə yeni görüşə hazırlıq gedir"
Ziraat Türkiyə Kuboku: "Gənclərbirliyi" geri düşdüyü matçdan qalib
Konfrans Liqası: türk klubu Almaniyada gücünü sınayacaq
Leyla Əliyeva ÜST-in xüsusi nümayəndəsi ilə görüşüb
Vilayət Eyvazov Federasiya prezidenti seçilib
Amazon Web Services Azərbaycanda
PA rəsmisi Cavid Musayev: "Azərbaycan beynəlxalq media və informasiya tədbirlərinin..."
"Boğazını qayçı ilə kəsiblər, ağzı, əl və ayaqları da..." - 35 yaşlı şəxs keçmiş arvadını öldürüb + VİDEO (Yenlənib)
Mikayıl Cabbarov Omanın iqtisadiyyat naziri ilə müzakirə aparıb
Bu faydalı yataqlar satışa çıxarıldı - SİYAHI
"Karvan-Yevlax"dan AFFA-ya şikayət olunub
Sədərəkdə arvadını öldürməyə cəhd edən şəxs saxlanılıb
Gəncə Dövlət Universitetində aktual problemlərə həsr olunmuş elmi seminar keçirildi - FOTOLAR
Zəngilanda regional bölmə yaradılacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yeni sədri kollektivə təqdim olunub
Prezidentin Katibliyinin rəisi və müavini barədə sərəncam verildi
Kamran Əliyev Qətərdə beynəlxalq tədbirə qatılıb
Şahrudin Məhəmmədəliyev Almaniyada əməliyyat olunub
21 yaşlı əsgər Əli Cəfərovun ölüm faktı üzrə araşdırma aparılır
Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salınıb - Paşinyandan açıqlama (Yeniləyib)
Müasir poeziyamızın səsi: ruhun həndəsəsi – Qulu Ağsəsin misralarında həyat (VİDEO)
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev Fərman imzalayıb - FOTO
Rektor və müəllimlər təltif olundu - Sərəncam + SİYAHI
"Beşiktaş" "Mançester Yunayted"in qolkiperinə "göz qoyub"
ABŞ Tayvana müasir silahlar göndərir - 10 milyard dollarlıq
Toyda camış əti verən şadlıq evi məşhur iş adamının imiş... - Biznesmen geri çəkilmədi, AQTA-nı "topa tutdu" + FOTOLAR (YENİLƏNİB)
"VİLLANIN SATIŞ QİYMƏTİ 17 MİLYON AVRODUR" - "UNİBANK"in rəhbəri ultralüks villasını satışa çıxardı (FOTOLAR)
Sənan Həsənov AMEA-nın yubiley medalı ilə təltif olunub - FOTO
Dövlət Agentliyinə direktor təyin olundu - Nazir əmr verdi (FOTO)
Sabah hava necə olacaq? - Proqnoz