Bu sahibkarların ölkədən çıxışa qadağa qoyula bilər - Siyahı

img

20-04-2016 [10:44]


Vergilər Nazirliyi tərəfindən borclu vergi ödəyicilərinə qarşı ciddi tədbirlər görülür.

Mia.az Vergilər.az saytına istinadən xəbər verir ki, borcu olan vergi ödəyicilərinin adları artıq keçən ildən başlayaraq ictimaiyyətə açıqlanır.

Bundan başqa, məhkəmənin qərarı ilə təkcə müğənnilər deyil, borcu olan hər bir vergi ödəyicisinin ölkədən çıxışına qadağa qoyula bilər. Əvvəllər bu qadağalar yalnız fiziki şəxslərə şamil olunurdusa, yanvarın 1-dən hüquqi şəxslərin icra qurumlarının rəhbərlərinə də aid edilir.

Vergilər Nazirliyinin rəsmi internet səhifəsində borcuna görə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin siyahısı yerləşdirilib. Siyahıda ölkədən getmək hüququ məhdudlaşdırılmış fiziki şəxslər 187, hüquqi şəxslərin icra orqanlarının rəhbərləri isə 112 nəfərdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA