19-04-2016 [13:35]
"Banklarla problemləri yoluna düşməmiş vətəndaşlarımızın lombardlarla da çətinlikləri dərinləşməkdədir".
Mia.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, vətəndaşları "borc bataqlığına” sürükləyən lombardların fəaliyyətinə dövlət qurumları sözün həqiqi mənasinda "yaşıl işıq” yandırıblar:
"Nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası lombardlara "qırmızı işıq” yandırmağa tələsmir. Halbuki, söhbət sayı on minlələrlə ifadə edilən vətəndaşlarımızın müxtəlif formada aldadılmasından gedir. Banklardan kredit ala bilməyənlər lombardların bahali borclarında istifadə etmək məcburiyyətində qalıblar. Məsələ heç də bəzi lobmardlarla bağlı açılan cinayət işləri ilə tamamlanmır. Aylıq orta hesabla 5 faiz borc təklif edən lombardlar nəticədə illik 60 faizlik kredit xəttindən bəhrələnirlər. İstehlak kreditləri üzrə illik faizin 29-dan çox olmaması ilə bağlı Mərkəzi Bankın qadağalarının isə bu borclara heç bir aidiyyəti yoxdur.
Digər tərəfdən, girov kimi götürülən qızıl-zənnət əşyalarının dəyişdirilməsi və bəzi hallarda geri qaytarılmaması faktları da ənənəvi hal almağa başlamaqdadır. Bunların səbəbi isə lombardların fəaliyyətinə, demək olar, heç bir nəzarətin olmamasıdır".
İqtisadçı problemin həlli üçün ilk növbədə lombardların fəaliyyətinə Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarət etməsinə ehtiyac olduğunu bildirir:
"İkincisi, banklarda olduğu kimi, lombardlarda da illik faizlərin limitləşdirilməsinə ehtiyac var. Bazar qanunlarına ziddi olsa da, indiki halda inzibati metodlarıdan istifadə, təəssüf ki, qaçılmazdır. Bu halda lombardlar da illik 29 faizdən artıq faiz ala bilməyəcəklər ki, nəticədə onların bankların qeyri-rəsmi fialları kimi fəaliyyəti də məhdudlaşacaq.
Üçüncüsü, lombardlar üçün məcmu kapital və digər öhdəliklərin tətbiqinə ehtiyac var ki, onların məsuliyyətini artırmaq və fəaliyyətlərinə nəzarəti gücləndirmək mümkün olsun. Dördüncüsü, girovlar ilə bağlı konkret məcburi qaydaların işlənib tətbiq edilməsinə ehtiyac var ki, borc götürənin əsl girovunu geri almaq problemi olmasın. Bunların reallaşdırılması çox vacibdir. Əks halda zirzəmilərdə və yarı-zirzəmilərdə fəaliyyə göstərən lombardların sayına uyğun olaraq aldadılan vətəndaşların da sayında artımlar olacaq".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi