Azərbaycanda "exchange"lərin fəaliyyəti bərpa edilə bilər

img

18-04-2016 [16:45]


Azərbaycanda valyuta-dəyişmə məntəqələrinin fəaliyyəti yenidən bərpa edilə bilər.

Mia.az bildirir ki, baku.ws Lider TV-yə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Banklar Assosiasiyası (ABA) Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib və konkret təkliflərlə çıxış edib. Təkliflərdə həm banklara məxsus məntəqələrin bərpası, həm də yeni tipli valyuta məntəqələrinin açılması əksini tapıb.

Belə ki, ABA-nın sədri Zakir Nuriyev bildirib ki, Palataya banklara məxsus "exchange"lərin fəaliyyətinin bərpası ilə yanaşı, valyuta ticarətini müstəqil formada həyata keçirəcək hüquqi şəxslərin yaradılması üçün hüquqi bazanın formalaşdırılması təklif olunub.

Təkliflər arasında otellərin valyuta mübadiləsi aparması üçün lisenziyalaşdırılması məsələsi də var. ABA rəhbəri hesab edir ki, ölkəyə gələn turistləri yüksək səviyyəli xidmət göstərilməsinin bir elementi də məhz otellərdə "Exchange"lərin fəaliyyət göstərməsi ola bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA