"Neft yanvardakı kimi bir daha 30 dollara enməyəcək" - Ekspert

img

18-04-2016 [15:41]


Gözlənildyinin əksinə olaraq, neftin qiyməti çox ucuzlaşmayacaq.

Mia.az xəbər verir ki, Dohada neftin qoymətinin yüksəldilməsiylə bağlı keçirilən tədbirin nəticəsiz qalması ilə bağlı açıqlama verən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, tanınnmış iqtisadçı İlham Şaban deyib ki, neft yanvardakı kimi bir daha 30 dollara enməyəcək:

"Bu gün Brent markalı neftin ən aşağı qiyməti 40,16 dollar olub. Hazırda isə 41,13 dollardır. Reallıq göstərir ki, Doha görüşü ərəfəsində neftin 45-ə qədər artması "bazarın isidilməsi” effekti idi. Hazırda neft köpüyü bazardan yığışdırılır və real qiyməti bərqərar olur. Bu da 40 dollar ətrafında olan bir göstəricidir. Neftin qiymətinin yanvardakı kimi 30 dollara qədər enəcəyinə inanmıram.

Bunun iki obyektiv səbəbi var. Birincisi, dünyada neft hasilatı istər OPEK, istərsə də qeyri-OPEK ölkələri üzrə Doha görüşünün nəticələrindən öncə azalmağa başlayıb. İkincisi, İranın neft ixracatını artırmaqla bağlı bəyanatlarına baxmayaraq, əslində, həmin neft həcminin tərkibində kifayət qədər kondensat həcmi var ki, bu, əvvəllər də bazara çıxarılırdı, ancaq adı "dəftərə” qeyd olunmurdu”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA