Doha görüşü nəticəsiz başa çatdı - Neftin qiymətinə təsir edəcək hasilat dondurulmadı

img

17-04-2016 [22:45]


Neft hasil edən ölkələrin Doha görüşü nəticəsiz başa çatıb. 

Bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

Görüşdə neft ölkələri hazırda bazarın fevral ayına nisbətən daha sağlam olduğunu və göstəricilərin yaxşılaşdığını bildiriblər. Növbəti görüşün iyun ayında Vyanada keçirilməsi nəzərdə tutulub(Axar.az). 

Qeyd edək ki, bu gün Qətərdə neft hasil edən ölkələr hasilatın dondurulması ilə bağlı konfrans keçiriblər. İran konfransa qatılmayıb və hasilatı dondurmayacağını bəyan edib. Səudiyyə Ərəbistanı isə konfrans zamanı İranın bu görüşə qatılmasını istəyib və sonradan hasilatı dondurmayacağını söyləməyib. 

Mia.az xəbər verir ki, hasilatın dondurulmasına tərəfdar olan Azərbaycanı Dohada görüşdə energetika naziri Natiq Əliyev təmsil edirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA