“Azercell Telekom” cəbhə xəttindəki şəbəkələrini təkmilləşdirir

img

12-04-2016 [17:46]


"Azercell Telekom” MMC cəbhə xəttinə yaxın ərazilərdə yaşayan abunəçilərini kəsintisiz və keyfiyyətli rabitə ilə təmin etmək məqsədilə həmin ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üzərində iş aparır. Cəbhə xəttinə ən yaxın 70 stansiyada 3G quraşdırılıb. Bununla da cəbhə bölgəsində "Azercell”in 3G şəbəkəsinin əhatə dairəsi 30 faizədək genişləndirilib.

Şirkətdən bildirilib ki, "Azercell”in Tərtər, Ağdərə, Ağdam, Füzuli, Göranboy rayonlarında və Naftalan şəhərində yerləşən Radio Baza stansiyalarında şirkətin mütəxəssisləri tərəfindən ümumi audit inspeksiyası aparılıb. Təhlükəsiz, keyfiyyətli rabitəni təmin etmək məqsədilə aşkarlanmış uyğunsuzluqlar qeydiyyata alınıb və dərhal aradan qaldırılıb. "Azercell”in işçi qrupunun səyləri nəticəsində cəbhə xəttinə yaxın 25 stansiya avtonom rejimdə çalışan generatorlarla təchiz edilib. Artıq bu stansiyalar elektrik təchizatı olmadan da çalışmaq imkanına malikdir və həmin ərazilərdə "Azercell” abunəçiləri tam keyfiyyətli rabitə ilə təmin olunublar. Hazırda təkmilləşdirmə işləri davam etdirilir.

14604545413117818400_1000x669


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA