12-04-2016 [13:10]
Prezident İlham Əliyevin "Ərzaq məhsullarının tədarükü və təchizatı"Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı son sərəncamı kənd təsərrüfatı sektorunun inkişafına birbaşa təsir göstərəcək.
Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Nicat Hacızadə bildirib.

Ekspertin sözlərinə görə, son illər Azərbaycanın kənd təsərrüfatı sferasında əsas problemlərdən biri satışa çıxarılan məhsulların tam satılmaması və ya xarab olaraq istifadəyə yararsız vəziyyətə düşməsi ilə bağlı idi: "Halbuki xarab olmuş məhsulları əvəzləyəcək idxal məhsulları gətirilirdi ki, bu da ölkədən əlavə valyutanın çıxması ilə nəticələnirdi. O zaman sual yaranırdı: ölkəyə İran, Türkiyə, Ukrayna və Rusiyadan kənd təsərrüfatı, xüsusilə qida məhsulları gətirmək nə qədər sərfəlidir? Hansı ki, ölkədə istehsal edilən eyni təyinatlı məhsullar istifadəsiz qalaraq xarab olur.
Bir başqa hal da ondan ibarət idi ki, sahibkarlıq subyektləri yerli kənd təsərrüfatı məhsullarını xaricdən gətirilənlərdən daha baha və ya onlarla eyni qiymətə satırdı. Təbii ki, bu da yerli istehsalçılara kifayət qədər ziyan vururdu".

İqtisadçı qeyd edib ki, çoxdan gözlənilən bu sərəncam nəticəsində isə dövlət şirkəti özü birbaşa məhsulu sahibkardan alacaq və satacaq: "Belə olan halda yerli məhsulların rəqabət qabiliyyətliliyi artacaq. Bütün bunlar mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Bu, hər iki tərəfin - həm istehsalçının, həm də istehlakçının sosial rifah halının yaxşılaşdırılmasına kömək edəcək. Digər müsbət hal odur ki, bu, dövlət vəsaitlərinin daha səmərəli xərclənməsinə yardımçı olacaq. Quruma nəzarətisə birbaşa ölkə prezidenti tərəfindən həyata keçiriləcək".
Onun sözlərinə görə, digər vacib məsələ cəmiyyətinin səhmlərinin 49%-inin investorlara satılması ilə bağlıdır: "Təbii ki, səhmlərin alınmasında iştirak edəcək investor və ya səhmdar bu şirkətin uğurlu fəaliyyətində maraqlı olacaq. Bu şirkətin yaradılması kiçik və orta biznesə də müsbət təsir edəcək. Amma nəzarət olunmalıdır ki, cəmiyyət hər hansı inhisarçı şirkətlərlə işləməsin. Belə olsa, bu, kiçik və orta sahibkarlığa mənfi təsir edəcək, sərəncamın əhəmiyyətini və onun verəcəyi iqtisadi səmərəni azaldacaq".

N.Hacızadə əlavə edib ki, bu addın ölkədə ərzağın qiymətlərinə də təsir edəcək: "Ölkədə qida təhlükəsizliyi ilə bağlı hər hansı ciddi problem yoxdur. Qida sənayesi də yetərincə yaxşı inkişaf edib və 2014-cü ildən qida təhlükəsizliyi ilə bağlı problemlərin aradan qaldırılması ilə bağlı ciddi islahatlar aparılıb. Amma burada yenə də əsas məsələ istehlakçıya çatdırılacaq məhsulun keyfiyyəti və qiymətidir. Təbii ki, keyfiyyət və qiymət qida təhlükəsizliyinin əsas göstəricilərindən hesab olunur. Ona görə də hesab edirəm ki, bu addım ərzağın qiymətinətəsirsiz ötüşməyəcək, yəni ərzaq ucuzlaşacaq. Çünki qiymətlərin son istehlakçıya çatdırılmasına qədər çəkilən xərclər daha az olacaq. Elə məqsəd də budur ki, istehlakçı məhsulu daha ucuz qiymətə alsın. Bu zaman bəzi fürsətcil sahibkarların da öz mənfəət marjasını şişirtməsinə zəmin qalmayacaq".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi