"Bank Respublika? nizamnamə kapitalını mənfəət hesabına artırmaq niyyətindədir

img

26-03-2010 [01:08]


?Bank Respublika? ASC-nin aprelin 20-də səhmdarlarının növbəti iclası keçiriləcək. Bankdan verilən məlumata görə, iclasda bankın 2009-cu il üçün illik maliyyə hesabatı, ötən il üçün kənar audit yoxlamasının nəticələri və 2009-cu il ərzində əldə edilmiş xalis mənfəətin bölüşdürülməsi müzakirə ediləcək. Yığıncaqda həmçinin bankın nizamnamə kapitalının mənfəət hesabına artırılması, nizamnaməyə əlavə və dəyişikliklər edilməsi, digər hüquqi şəxslərin kapitalında bankın iştirakı və xarici maliyyə qurumu ilə bağlanmış müqavilənin şərtlərinin təsdiqi məsələləri müzakirə obyekti olacaq. Xatırladaq ki, ?Bank Respublika? 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın Bakı və regionlarda 34 filial və şöbəsi mövcuddur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA