12-04-2016 [11:44]
"Ölkə prezidenti 2016-cı ilin ilk rübünün iqtisadi yekunları ilə bağlı keçridiyi müşavirədə təcili olaraq ölkədə pambıq əkinlərinin sahəsini təxminən 3 dəfə (18 min hektardan 50 min hektara) artırmağın vacib olduğunu söyləyib. Hökumət əmindir ki, hökumət 2016-cı ildə bu vəzifəni yerinə yetirə bilsə, pampıq istehsalının həcmini 35 min tondan 100 min tona artırmaq problem olmayacaq".
Mia.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Rövşən Ağayev deyib.
Onun sözlərinə görə, rəsmi əsaslandırma budur ki, pambığın dünya bazarında həmişə alıcısı var və problemsiz özünə müştəri tapan bu məhsul ölkənin itirdiyi petrodollarlarının bir hissəsini kompensasiya etməkdə yardım edəcək:
"Neft gəlirlərinin azaldığı hazırkı mərhələdə qeyri-neft ixracının artırılması istiqamətində axtarışlar anlaşılandır. Amma bir neçə sual var ki, ona hökumətin cavablarını görmək çox yaxşı olardı :
1. Dünyada pambığın ən böyük istehsalçısı olan Çin, Pakistan, Hindistan və Özbəkistan kimi ölkələri göz önünə alaraq "daxili resurs dəyəri” əsasında pambıqçılıq sektorunda müqayisəli üstünlük imkanlarımız qiymətləndirilibmi? Sahənin inkişafı ilə bağlı master-plan hazırlanıbmı, həmin planda sahənin inkişafı ilə bağlı üstünlüklərimiz, sahəni inkişafdan saxlayan problemlər və risklər, onların önlənməsi və aradan qaldırılması üçün mexanizmlər müəyyən olunubmu? Belə dəyərləndirmə son dərəcə vacibdir.
2. Pambığın yalnız xammal kimi ixracı nəzərdə tutulurmu? Əgər belədirsə, pambıqdan böyük qazanclar gözləməyə dəyməz. Dünyada pambığın ən böyük istehsalçısı olan Çin, Pakistan və Hindistan istehsal imkanlarını məhz öz daxili istehlaklarını qarşılamağa yönəldirlər. Hazırda dünya üzrə illik 25-26 milyon ton pambıq istehlakının 60%-dən çoxu bu ölkələrin payına düşür. Mütəxəssislərin dediyinə görə, ayrı-ayrı ölkələrdə pamığın mahlıc çıxımı 35-40% interavılnda dəyişir – yəni hər 1 ton pambıqdan təxminən 350-400 kq mahlıc alınır. Yerdə qalan 600-650 kiloqram tullantıdan dünyada bir neçə məhsul alınır: heyvandarlıq üçün yağlı yem, tibb sənayesi üçün qliserin, qida sənayesi üçün yağ. Yəni, göründüyü kimi əgər pambıq yerli sənaye üçün xammal kimi istifadəyə yönəldilsə, iqtisadi diversifikasiyada mühüm rol oynaya, kənd təsərrüfatı ilə yanaşı sənaye sferasında da yeni iş yerlərinin yaradılması üçün baza ola bilər. Eyni zamanda, pambıq xam formada ixrac edilmədən birbaşa emal zəncirinə daxil olduqda daha yüksək gəlir gətirir. Məsələn, mütəxəssis qiymətləndirməsinə görə, 1 ton pambıq mahlıc ölçüsündən asılı olaraq təxminən 1500-2000 ədəd qısaqol kişi idman köynəyinin istehsalı üçün parçanın xammalıdır. Ən ucuz topdansatış qiymətilə (məsələn, 2.5-3 dollar) bu 2500-3000 dollara bərabərdir. Halbuki son illər dünya birjalarında 1 ton mahlıcın qiyməti 1300-1600 dollar interavalında olub. Amma köynək istehsalına qədər pambıq iplik və parça üçün də emal zəncirindən keçməlidir. Bir sözlə, xam pambıq ölkə daxilində istifadə edilsə, ən azından 3-4 dəyər zəncirindən keçmək, hər zəncirdə işçi çalışdırmaq, əlavə dəyər yaratmaq potensialına malikdir.
3. Pambıq hansı torpaqlarda əkiləcək və onu kim əkəcək? Bu sual ilk baxışdan yersiz görünə bilər. Amma cavabı mütləq verilməlidir. Əvvəla ona görə ki, Azərbaycanda özəl sektorun əlində olan əkinəyararlı torpaq fondu böyük deyil. Ölkə üzrə əkinəyararlı təxminən 1.7 milyon hektar torpağın 1.3 milyon hektarı özəl əllərdədi. Əkinəyararlı özəl torpaqların adambaşına həcmi cəmi 0.13 hektardı. Həmin torpaqlar yalnız ölkənin ən zəruri torpaq məhsullarının – dənli bitkilərin, meyvə-giləmeyvənin, tərəvəz-bostan məhsullarının, heyvandarlıq üçün yem tədarükünün, qida sənayesi üçün yağlı və texniki bitkilərin becərilməsi üçün yetərli ola bilər. Ona görə çox güman ki, hökumət dövlət ehtiyat fondu torpaqlarında zəruri irriqasiya işləri aparmaqla həmin torpaq resurslarından istifadə etməyi düşünür. Hazırda bələdiyyələrin və hökumətin sərəncamında 3.5 milyon hektara yaxın kənd təsərrüfatına yararlı torpaq fondu var. Bu, özəl fonddan az qala 3 dəfə çoxdu. Artıq bunula bağlı təcrübələr də var- son illər iri fermer təsərrüfatı yaratmaqla buğda əkinlərinin xeyli hissəsi məhz həmin torpaqlarda aparlıb. Amma burda narahatlıq doğuran problem resurslardan qeyri-bərabər və qeyri-şəffaf isifadədir. İctimai torpaqların hərraclar vasitəsilə istənilə şəxs tərəfindən icarəyə və istifadəyə götürülməsi mexanizmləri çalışmır, siyasi hakimiyyətə bağlılığı olmayan iqtisadi qruplar və ya şəxslər həmin torpaqlarda fermer təsərrüfatları yaratmaq, bu təsərrüfatlar üçün Sahibkarlığa Kömək Mill Fondundan kredit resursları cəlb etmək şansına malik deyillər.
4. Pambıq əkməyi təklif edənlər kəndli üçün alternativ gəlirləri qiymətləndiribmi? Pambıq keyfiyyətli və suvarma imkanı olan torpaq tələb edir. Fermerlər hazırda belə torpaqdlarda bostan-tərəvəz məhsulları, üzüm-meyvə əkəndə bütün xərclərini çıxmaqla 1500-2000 manatdan 3000-4000 manata qədər pul qazana bilir. Ən az gəlir gətirən heyvandarlıq üçün otun becərilməsidir – bütün xərclər çıxılmaqla indiki qiymətlərlə fermer hər hektar suvarılan torpaqdan azı 700-800 manat qazanc götürə bilir və bu təsərrüfatda bütün işləri texnika həyata keçridiyi üçün kəndliən əziyyət də tələb olunmur. Amma ötən il orta məhsuldarlığın 2.5 ton olduğu şəraitdə fermer 1 hektar pambıq əkinindən bütün xərcləri çıxmaqla maksimum 600-650 manat gəlir əldə edə bilib".
Bəs, İndi pambıqla müqayisədə meyvə-tərəvəzdən ən azı 3-4 dəfə artıq gəlir götürə bildiyi halda fermeri pambıq əkməyə hansı səbəb cəlb edə bilər?
Bu suala da aydınlıq gətirən iqtisadçı bildirir ki, Azərbaycanda pambıq emalının inhisarda olması (səhv etmirəmsə bütün emal cəmi 2 şirkətin əlində cəmlənib) bu sahə üçün rəqabətli gələcək də vəd etmir. Burda çıxış yolu hökumətin təklif edəcəyi təşviq tədbirlərinə ümid qalır:
"Yeri gəlmişkən, bizim ictimai rəydə pambıq bir məhsul kimi qara xatirələrlə ilişib qalıb. Sovetlər dönəmində əyalələrdə bütün orta məktəb şagirdləri, institut tələbələri tədris ilinin ən azı 2-3 ayını pambıq tarlalarında keçirirdilər. Özüm orta məktəbdə oxuyarkən 1984-1988-ci illərdə pambıq yığımında iştirak etmişəm. Yalnız Vəzirovun Mərkəzi Komitənin 1-ci katibi təyin edilməsi ilə təhsil müəssisələrinin pambıqçılığa cəlb edilməsi qadağan olundu.
Bəlkə buna görə də ağ qızıl yaddaşımda qara tarixcə kimi ilişib qalır.
Və bu da faktdır ki, ABŞ və Avstraliya istisna olmaqla dünyanın ən 10 iri pambıq istehsalçısı arasında yüksək inkişaf etmiş ölkənin adı yoxdu…".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi