“Azərenerji” ilə bağlı güzəşt… – Nazirlər Kabineti qərar verdi

img

07-04-2016 [13:35]


Azərbaycanda gömrük idxal rüsumuna cəlb edilməyən məhsulların siyahısı genişlənib.

Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, Azərbaycanın 2016-cı il üzrə yanacaq-enerji balansına uyğun olaraq Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında "Azərenerji” ASC-yə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxalı rüsumundan azad edilib.

Bu qərar imzalandığı gündən 30 gün sonra qüvvəyə minir və 2017-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA