"Süpürgəçi axır qəpiyinədək vergi ödəyir, ayda 10 toya gedən müğənni yox" - Nazir müavini

img

06-04-2016 [12:29]


Azərbaycanda vergi sahəsində ən böyük problem vergi mədəniyyətinin olmamasıdır.

Bunu Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində KİV nümayəndələri üçün keçirilən "Açıq qapı günü" çərçivəsində Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, ölkədə hələ də vergi vərdişi formalaşmayıb:

"Bütün sahələrdə vergidən yayınma var. Neft sahəsi şəffaf sahədir, orada demək olar ki, vergidən yayınma yoxdur. Ticarət, ictimai iaşə, tikinti sahəsində vergidən yayınma halları çoxdur. Bizim hesablamalarımıza görə, bu sahələrdə yayınma faizlə yox, dəfələrlə çoxdur. Şou-biznes nümayəndələri, böyük məbləğ müqabilində toya gedən müğənnilər 50 manat vergi ödəyir. Amma səhər tezdən küçələri süpürən və bunun müqabilində 300 manat məvacib alan süpürgəçi axır qəpiyinədək vergi ödəyir. Ay ərzində 10 toya gedən, yüksək gəlir əldə edən vergi ödəmək istəmir. Xeyir ola?! Aparılan maarifləndirmə işlərindən sonra ötən ilin dekabrında şou-biznes nümayəndələri tərəfindən ödənilən verginin ümumi məbləği dəfələrlə artıb. Bu ilin birinci rübündə də bu sahədə artım var".

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA