01-04-2016 [17:11]
"Manatın möhkəmlənməsi və xarici valyuta təklifinin artması daha çox əvvəlki aylarda müşahidə edilən sürətli dollarlaşma prosesi ilə bağlıdır".
Mia.az xəbər verir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov açıqlama verib. Ekspert bildirib ki, martın ikinci yarısından başlayaraq bankların bir qismi öz dollar aktivlərinin müəyyən hissəsini manata çevirməyə başlayıblar:
"Bu isə dollar təklfini artırıb. Bəzi banklar son günlər ayrılıqda bazara 15 milyon dollara yaxın xarici valyuta çıxarıblar. Manatın mərhələli möhkəmlənməsi əhalinin dollar satışını da artırıb. Bayram günlərində ölkəyə gələn turistlərin sayının çox olması da bankların dollar ehtiyatlarına təsir göstərib. Bu günlərdə bankların bir qismi özləri üçün məqbul məzənnə ilə dollar alışı həyata keçiriblər. Eyni zamanda, MB tərəfindən manat bazasının azaldılması da məzənnəyə təsir göstərir. MB-nin siyasəti "az manat və dollara olan az tələbat” prinsipini hədəfləyib. Faktiki olaraq MB pul bazasını 5 milyarddan aşağı endirib”.
İqtisadçının sözlərinə görə, Mərkəzi Bankın pul bazasını necə dəyişməsi də bazara təsir göstərəcək:
"Vətəndaşlar yığdıqları dolları cari xərclər üçün manata çevirməyə məcburdurlar. Nəticədə son zamanlar Dövlət Neft Fondu auksiona dollar çıxarsa da, tam satılmır. Növbəti günlərdə milli valyutanın məzənnəsi möhkəmlənəcək. Çünki bazarın dollar satışı yüksəkdir, xarici valyutaya tələb isə azdır. Eyni zamanda, dolların manata nisbətən son ucuzlaşmalarından ehtiyatlanan vətəndaşlar dollarlarını manata çevirməyi davam etdirəcəklər. Bu isə növbəti günlərdə dollara sifarişin azalmasına gətirib çıxara bilər. Amma mövcud iqtisadi şərtlər, o cümlədən neftin dünya bazarındakı indiki qiyməti ilə prosesi uzun müddət aparmaq mümkün deyil. Bazarın kənar intervensiyalar olmadan uzun müddətli dövr üçün tarazlı dollar təklifi formalaşdırmaq imkanları məhduddur. Bütün hallarda ötən illərdə tövsiyyə etdiyim kimi, pulun valyuta səbəti formasında saxlanması vətəndaşları və biznesi bütün valyuta risklərindən qoruyur. Dollar, avro və milli valyutadan istifadə etməklə formalaşan səbət ən risksiz hesab edilir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi