31-03-2016 [12:30]
"Banklardan sonra bir sıra tikinti və avtomobil servis şirkətləri də əhalini aldatmağa və yumşaq desək, şirnikləşdirməyə başlayıblar. Yəqin ki, son zamanlar müxtəlif şirkətlərin 4.4 effektiv faizlə mənzil və ya avtomobilin kreditə satışı barədə reklamları ilə tanış olmusunuz. Dünyanın heç bir normal şirkətinin iş təcrübəsində yalnız effektiv faizləri elan etməyə rast gəlinmir".
Mia.az xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, effektiv faizlər birbaşa müştəriləri aldatmaq və onların real (nominal) olmayan faizlər ilə cəlb etmək məqsədi daşıyır:
"Əgər müştəri 4.4 faizlə kredit götürə bilməyəcəksə və mənzil və ya avtomobil kreditini rəsmilləşdirən zaman daha yüksə faizlərlə rastlaşacaqsa belə saxta faizləri elan etmək biznesin ən adi etik prinsiplərinə ziddir. Təbii ki, kredit üzrə effektiv faiz 4.4 faizdirsə o zaman real faiz şərtlərdən asılı olaraq bundan 2 dəfəyə yaxın çoxdur.
Bu, ona bənzəyir ki, mağazadan su alırsınız və onun üzərinə 80 qəpik yazılıb, kassaya yaxınlaşın ödəniş edəndə satıcı sizdən 1 manat 20 qəpik tələb edir və deyir ki, su üzərində olan effektiv qiymətdir və ora kommunal xərclər, işçilərin maaşı və s. daxil deyil. Real qiymət 1 manat 20 qəpikdir. Bu 4.4 faiz effektiv faiz elan edib, amma kreditə daha yüksək faiz hesablamaqdan heç də az təəccüblü deyil. Çünki hər iki halda müştərinin aldadılması baş verir. Maraqlıdır ki, ötən il Mərkəzi Bank yalnız effektiv faizin qadağan edilməsi barədə banklara məktub göndərsə yenə də müştərilərin aldadılması davam edir. Mərkəzi Bank isə buna, yumşaq desək, "göz yumur”. Bir azdan bu şirkətlərin müştəriləri cəlb etmək üçün mənzillərin və ya avtomobillərin effektiv qiymətlərini elan etsələr təəccüblənməyin.
Deyə bilərlər ki, hansısa avtomobil 15 min manat effektiv qiymətə təklif edilir. Avtomobili alanda isə deyəcəklər ki, real qiymət 25 min manatdır, elan edilən effektiv qiymət idi. Qəribədir, amma bizdə bu heç kimi artıq yəqin ki təəccübləndirməz.Təəssüf ki, bəzi şirkətlər biznes etikası və ya müştəri məmunluğunu deyil, yenə də daha qısa zamanda daha çox gəlir əldə etməyi hədəfləyirlər".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi