"Unibank?ın filialları martın 25-də və 27-də izləyəcək

img

19-03-2010 [12:38]


Novruz bayram edildiyi günlərdə ?Unibank? ASC-nin filialları xüsusi cədvəl üzrə çalışacaq və Mart ayının 25-də və 27-də müştərilərə xidmət göstərməyə hazır olacaqlar. Həmin günlərdə Bankın ölkənin regionlarında - Gəncədə, Mingəçevirdə, Lənkəranda, Şəkidə və Qubada, yerləşən bütün xidmət məntəqələri, Şəmkir filialı istisna edilməklə, saat 10-00-dan 14-30-a qədər işləyəcəklər. Bundan əlavə, cari ayın 25-i və 27-də ?Unibank?ın aşağıdakı paytaxt filialları da şənbə günü rejimində müştərilər üçün acıq olacaqlar: ? ?Baş? ofis ? Rəşid Behbudov küçəsi, 57; ? ?Yasamal? filialı ? Bəsti Bağırova küçəsi, 2; ? ?Neftçilər? filialı ? Qara Qarayev küçəsi, 66 (c); ? ?Nərimanov? filialı ? Təbriz küçəsi, 94; ? ?Əhmədli? (10 saylı) filialı ? M.Hadi küçəsi, 33; ? ?STB-2? (15 saylı) filialı ? D.Əliyeva küçəsi, 243; ? ?Gənclik? şöbəsi ? F.Xoyski küçəsi, 79. Mart ayının 25-i və 27-də müştərilər əmanət yatırımı həyata keçirməklə, kreditlər üzrə borlarını ödəməklə, müxtəlif plastik kartların əldə olunması üçün sifariş verməklə, təcili pul köçürmələri həyata keçirməklə, kart hesablarına vəsait qoymaqla, mobil rabitə operatorlarının xidmətlərini və kommunal xidmətləri ödəməklə ?Unibank?ın çeşidli və əlverişli bəhrələnəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA