Təkrar avtomobil bazarında mövsüm üçün xarakterik olan passivlik qeydə alınıb

img

19-03-2010 [12:29]


?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyi (?ƏBİ? İB) monitorinq qrupunun fevral ayında təkrar avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə, bazarda mövsüm üçün xarakterik olan passivlik qeydə alınıb. Bazarın bu seqmentinə müvafiq dövlət tərəfindən verilən qərarlar (Avro standartlarının tətbiqi və idxalda ili köhnə avtomobollərə məhdudiyyətlərin qoyulması) avtomobil bazarında vəziyyəti xeyli mürəkkəbləşdirib. Son 2 ay ərzində müşahidə olunan passiv tendensiyanın təklifin artımı hesabına daha da dərinləşməsi bağlanan əqdlərin dinamikasına və qiymətlərə mənfi təsir göstərib. Fevralda yanvar ayı ilə müqayisədə təklifin kəskin artımı bir qədər stabilləşmə ilə müşahidə olunub. Ötən ayla müqayisədə təklifdə nisbi azalma qeydə alınıb. Təklifin tələbi üstələmə tendensiyası fevral ayında da davam edib. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında ötən ayla müqayisədə azalma qeydə alınıb. Bu, bağlanan əqdlərin dinamikasının azalmasına (-1.9%), təsir göstərib. Yanvarda bazarda orta qiymət əvvəlki ayla müqayisədə dəyişməz qalmış və orta qiymət 15380 dollar təşkil edib. Bazarda müşahidə olunan passivlik fevral ayında avtomobillərin ekspozisiya müddətinin artmasına səbəb olub. Ekspozisiya müddətinin artması, eyni zamanda əmlakın bu növü üzrə dövlət tərəfindən qəbulu gözlənilən radikal qərarlar bir əmlak növü kimi avtomobilə olan marağın azalmasına səbəb olub, bu isə əmlakın bu növü üzrə risk dərəcəsini artırıb. Fevral ayında təkrar avtomobil bazarında araşdırma predmeti olan 7700-dən artıq avtomobilin 44.9%-i bazara məhz fevral ayı ərzində təklif olunub. Qalan 55,1%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Aparılan araşdırmalar göstərir ki, ay ərzində bazara daxil olan avtomobillərin böyük əksəriyyətini ötən ay olduğu kimi ili köhnə, Avro standartlarına cavab verməyən və ölkəmizdə istismarda olan avtomobillərdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA