18-03-2010 [03:57]
Dünya bazarında neft yenidən bahalaşmaqdadır. Ötən gün London birjasında ?Brent Crude Oil? markalı neftin bir bareli 1,13 dollar bahalaşaraq 79,02 dollara, Nyu-York birjasında isə ?Light Sweet Crude Oil? markalı neftin qiyməti 1,90 dollar artaraq 81,70 dollara çatıb. Nəzərə alsaq ki, Azərbaycan neft ölkəsidir və ümumi daxili məhsulun, xarici ticarətin, eləcə də dövlət büdcəsi gəlirlərinin formalaşmasında neft sektorunun rolu böyükdür, əslində bu proses ölkə üçün müsbət haldır. Xüsusilə, hökümət bunu əsas götürüb büdcədə neftin 1 barelinin proqnozlaşdırılan qiymətini artıra, bunula da kifayət qədər qənaət prinsipi ilə hazırlanan büdcənin gəlir və xərclər hissəsini çoxalda bilər.
Məlumat üçün büldirək ki, 2010-cu ilin büdcə xərcləri 11 milyard 264 milyon manat, gəlirləri isə 10.015 milyard manat proqnozlaşdırılıb. Büdcənin kəsiri isə 1,249 milyard manat həcmində nəzərdə tutulub. Ötən il olduğu kimi, cari ildə də büdcənin təqribən yarısı neft pulları hesabına formalaşacaq. Neft Fondundan dövlət büdcəsinə 4 milyard 915 milyon manat yönəldiləcək.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, hələ 2009-cu ilin sonunuda may ayında 2010-cu ilin büdcəsinə əlavə və dəyişikliklərin olunacağı ilə bağlı proqnozlar var idi: ?Çünki,dünya bazarında neftin qiymətində artımların müşahidə edildiyi vaxtda Azərbaycan hökümətinin, eləcə də parlamentin 2010-cu ilin büdcəsində neftin 1 barelini 45 dollardan müəyyənləşdirməsi büdcənini real proqnozlaşdırılmamasından xəbər verirdi. Praktiki Azərbaycan höküməti nə 2009-cu ildə, nə də 2010-cu ildə, dövlət büdcəsini real proqnozlaşdırmadı. Yəni 2009-cu ildə dövlət büdcəsində neftin bir bareli 70 dollar nəzərdə tutuldu. Lakin il ərzində neftin dünya bazar qiyməti 56 dollar təşkil etdi. Eyni zamanda 2010-cu ilin büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. Halbuki bu ilin birinci rübündə neftin bazar qiymətinin orta hesabla 75 dollar olacağı güman edilir. Bu isə neftin dövlət büdcəsində proqnozlaşdırılan qiymətindən 30 dollar çoxdur?.
V.Bayramov deyir ki, önəmli deyil hökümət dövlət büdcəsini az və ya çox proqnoslaşdırıb. Bütün hallarda büdcə real deyil və hökümət səhv edib: ?Əgər proqnoz büdcə real büdcədən çoxdursa, bu səhvdir. Və ya əksinə proqnoz büdcə real büdcədən azdırsa, bu da səhvdir. O baxımdan həm 2009, həm də 2010-cu illərdə hökümət praktiki öz səhvini təkrarladı. Yəni 2009-cu ildə büdcədə neftin qiymətini real olmayan qiymətlə hesablamaqla səhv etdisə, 2010-cu ildə neftin real qiymətini büdcədə aşagı götürməklə səhvini təkrarladı?.
Ekspertin sözlərinə görə, neftin büdcədə qiymətinin aşagı ğötürülməsinin ən ciddi neqativ tərəfi neft sektorundan büdcəyə daxil olan vergilərin əvvəlcədən proqnozlaşdırmağa imkan verməməsidir: ? Bu yalnız neft sektorundan daxil olan vəsaitləri deyil, eyni zamanda verginin proqnozlaşdırılmasına imkan vermir. Neftin büdcədə qiymətinin aşağı götürülməsi hökümətə və parlamentə imkan vermədi ki, 2010-cu ildə büdcəyə daxil olan vergiləri öncədən doğru proqnozlaşdırsın. O baxımdan may ayında dövlət büdcəsinə yenidən baxılması əlavə və dəyişikliklərin edilməsi qaçılmazdır?.
May ayında hökümətin dövlət büdcəsinə yenidən baxacağını deyən V. Bayramov əlavə və dəyişikliklərin olunacağını bildirdi: ?Büdcənin gəlirlər hissəsinin artırılacağı proqnozlaşdırılır.Buna uyğun olaraq xərclər hissəsi də artırılacaq. Gözləniləndir ki, bu halda daha çox vəsait investisiya layihələrinə yönəldilsin. Baxmayaraq, büdcəyə əlavə dəyişikliklərin edilməsi büdcəni daha real büdcəyə çevirəcək, amma bu arzuolunan deyil.Arzuolunan yol odur ki, may ayında büdcəyə dəyişikliklər edilən zaman dövlət büdcəsində neft sektorunun rolunun, payının azaldılması məqsədilə Neft Fondundan büdcəyə transfertlərin həcmi azadılsın?.
V.Bayramov mayda dövlət büdcəsinin gəlirlərinə 2,5 milyard manat əlavə olunacağının güman edildiyini vurğulayır:?Çünkü neftin dünya bazar qiymətinin proqnozlaşdırılandan çöx olması büdcəyə təxminən 2,5 milyard manatın daxil olmasına imkan yaradır?.
Mütəxəsiss hesab edir ki, dəyişikliklər zamanı Neft Fondundan büdcəyə transfertlərin həcmi 4,9 milyard manatdan 2,4 milyard manata endirilməlidır: ?2,5 milyard manat isə neftin dünya bazar qiymətinin qalxması nəticəsində dövlət büdcəsinə əlavə daxil olmanın hesabına örtülməlidir. Praktiki bununla həm dövlət büdcəsinin Neft Fondundan asılılığını aradan qaldırmaq mümkün olar, həm də hökümət lüzumsuz investisiya layihələrinə əlavə vəsait ayırmaz.Nəzərə almaq lazımdır ki, qlobal maliyyə böhranı investisiya proqramlarına vəsait ayırılan zaman ciddi maliyyə araşdırmalarının və maliyyə təhlillərinin aparılmasını tələb edir. O baxımdan arzuolunan deyil ki, büdcəyə əlavə və dəyişikliklər olunan zaman Neft Fondundan büdcəyə transfertlətin həcmi stabil saxlanılsın. Əgər əlavə və dəyişikliklərdən sonra fonddan büdcəyə transfertlərin həcmi 4,9 milyard manat səviyyəsində saxlanılsa, o zaman may ayında büdcəyə olunan dəyişikliklər 2010-cu ilin ikinci yarısında ölkədə qiymətlərin qalxmasına gətirib çıxaracaq?.
İSİM rəhbəri bildirir ki, dövriyyədə pul kütləsinin artması nəticə etibari ilə qiymətlərin qalxması və 2010-cu ilin 2-ci yarımilində Azərbaycanda kifayət qədər ciddi inflyasiyanın yaranmasına səbəb ola bilər:
?Həm inflyasiyadan qaçmaq, həm vəsaitlərin xərclənməsinin səmərəliliyini saxlamaq, həm də dövlət büdcəsinin Neft Fondundan asılılığını aradan qaldırmaq üçün fondan transfertlərin həcminin 2,5 milyard manat azadılması daha məqsədə uyğundur?.
Büdcəyə əlavələr zamanı əməkhaqqı və pensiyaların bu il üçün nəzərdə tutulan məbləğində hər hansı dəyişikliyin gözlənilməsinə gəlincə, V.Bayramov deyir ki, bu istiqamətdə artımlar adətən ilin 2-ci yarısında reallaşdırılır. 2010-cu ildə ciddi əməkhaqqı və pensiya artımı gözlənilmir. Çünki, hələlik büdcədə qənaət prinsipi tətbiq olunur.
Bunula belə ekspert artımların olacağını güman edir: ?Əgər büdcəyə dəyişiklilklər olunarsa, Neft Fondundan transfertlər stabil saxlanılarsa, o zaman əməkhaqqı və pensiyalarda artımlar olacaq. Həmin artımlar 2010-cu ilin sentyabr, oktyabr aylarına təsadüf edəcək?.