Bir neçə ticarət zəbəkələrində yararsız ərzaq məhsulları azkarlanıb

img

18-03-2010 [01:31]


Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ticarət şəbəkələrində aparılan yoxlamalar zamanı müəyyən yararsız ərzaq məhsulları aşkarlanıb. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, yoxlamalar zamanı Sulutəpə qəsəbəsində yerləşən ?Elvan İrmak Qida Məhsulları? MMC tərəfindən ?Elvan? əmtəə nişanı ilə istehsal olunmuş şəkərli peçenyelərin və qaletlərin yararlılıq müddətinin 1 il göstərildiyi müəyyən edilib. Normativ-texniki sənədlərə əsasən, şəkərli peçenyelər üçün maksimal saxlama müddəti 3 ay, qaletlər üçün isə 6 aydır. Bu malların üzərində göstərilmiş saxlama müddəti normativ-texniki sənədlərdə nəzərdə tutulmuş müddətlərlə uyğun olmadığından Dövlət Xidməti tərəfindən bu qənnadı məmulatlarının istehsal olunduğu ?Elvan İrmak Qida Məhsulları? MMC-də yoxlamaya başlanılıb. Yoxlama zamanı yuxarıda qeyd edilən faktlar təsdiqini tapıb, müəssisə tərəfindən istehsal olunan şəkərli peçenyelərin və qaletlərin saxlama müddətinin məhsulların etiketlərində 12 ay göstərildiyi məlum olub. Bununla bərabər, müəssisənin anbarında satışa hazır məhsulların arasında yararlılıq müddəti 1 ili ötmüş 12 tondan çox məhsul aşkar edilib. Bundan başqa, müəssisənin anbarında Türkiyədə istehsal olunan ?Elvan? əmtəə nişanlı malların qablaşdırılması üçün nəzərdə tutulmuş 1 439 ədəd boş qutu da aşkar edilib. Beləliklə, müəssisədə istehsal olunan malların Türkiyədə istehsal olunmuş mal kimi qablaşdırılaraq satışa çıxarıldığı müəyyən olunub, ?Elvan İrmak Qida Məhsulları? MMC tərəfindən istehlakçıları çaşdırmaqla haqsız rəqabət hallarına yol verilib. Bu qanun pozuntuları ilə əlaqədar müəssisənin anbarında olan 100 tondan artıq ?Elvan? əmtəə nişanlı malların satışının dayandırılması və ticarət şəbəkələrində olan məhsulların geri qaytarılması barədə ?Elvan İrmak Qida Məhsulları? MMC-yə göstəriş verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA