17-03-2016 [21:07]
Taleh Qasımzadə,
Müsavat Partiyasının Almaniyada mühacirətdə olan üzvü
Afrikada filləri əhilləşdirmək üçün qəribə metoddan istifadə ediblər. Yerli əhali öncə hər yerlərini ağ parça ilə örtərək heyvanları dərin quyuya salıb o ki var döyər, sonra ağ parçaları kənara atıb təbii görkəmlərində quyuya yaxınlaşıb filləri xilas edərlərmiş. Ondan sonra xortumlular qaradərili adamları xilaskar sayıb onların əmrlərinə tabe olublar.
Bunu təsadüfən xatırlatmadım.
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə 137 məhbusun vaxtından əvvəl azadlığa buraxılmasına dair əfv sərəncamı imzalayıb. Azad olunanların sırasında tanınmış məhbuslar az deyil.
"İnsan hüquqları” klubunun rəhbəri Rəsul Cəfərov, jurnalist Pərviz Həşimli, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, Müsavat Partiyası başqanın müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, müsavatçı gənc Sirac Kərimli, NİDA-nın üzvləri Məmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov, Ömər Məmmədov, Prezident Administrasiyasının işlər idarəsinin keçmiş rəhbəri Akif Muradverdiyev, hüquq müdafiəçisi Hilal Məmmədov, Taleh Xasməmmədov, "Demokratiyanın Tədrisi Mərkəzi”nin həmtəsisçisi və sədri Anar Məmmədli həbsdən azad edilənlər sırasındadır. Son illər ilk dəfədir ki, prezident bunca siyasi məhbusu birdən azadlığa buraxılır.
Arzu edərdik ki, tanınmış hüquqşünas İntiqam Əliyev, politoloq İlqar Məmmədli, AXCP üzvləri Seymur Həzi, Asif Yusifli, Fuad Qəhrəmanlı və digər siyasi məhbuslar da azadlığa buraxılaydılar.
Bütün hallarda prezidentin bu sərəncamı təqdir olunmalıdır.
Azadlığa çıxmaqdan gözəl nə ola bilər.
Hər bir normal insan bu sərəncama, daha doğrusu insanların ailələrinə qovuşmalarına sevinməlidir. Amma buna görə sərəncamı imzalayan şəxsin, onu icra edən hökumətin şəninə təriflər yağdırmaq, ləbbeyk demək ictimai düşüncəni azdırmaqdır.
Nəzərə almaq lazımdır ki, 1993-cü ildən sonra Azərbaycan həbsxanaları bir gün də olsa siyasi məhbussuz qalmayıb.
Siyasi məhbus problemi nədən yaranır və nədən xəbər verir? Əsas səbəb hakimiyyətin mahiyyətində, onun avtoritarizmə meyl etməsindədir. Tənqidə, müxalif fikirə qarşı dözümsüzlük, mətbuat, söz və ifadə, sərbəst toplaşmaq kimi fundamental azadlıqların pozulması ilə müşaiyyət olunur. Azadlığa qovuşmalarına sevindiyimiz şəxslər də məhz bu hüquqlarından istifadə etdikləri üçün həbs edilmişdilər. Məgər, hər kəs onların həbsinin sifarişli, qanunsuz olduğunu bilmirdimi? Bilirdiksə, nə üçün onların azadlığa buraxılmasına görə kimlərəsə sağ ol deməliyik?
Ən əsası heç kəs təminat vermir ki, bu gündən sonra insanlar siyasi fəaliyyətlərinə görə həbs edilməyəcəklər. Sabah yenə də fəalları günahsız yerə həbs edib sonra bağışlamaqla ictimaiyyətin "təşəkkürü"nü qazanacaqlar. Bu cür qərarlardan sonra çoxları düşünür ki, hakimiyyətdə yumuşalma var, demokratiyaya, insan haqlarına dəyər verməyə başlayıblar. Gəlin özümüzü aldatmayaq. Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan həbsxanaları bir gün də olsun siyasi məhbussuz qalmayıb. Deməli, arzuolunmaz adət davam edəcək.
Bizə pislik edən şəxslərin sonradan maskalanaraq etdikləri "yaxşılıq"lara inanmayaq. Unutmayaq, bizə "yaxşılıq" edənlər, bizi "bağışlayanlar" elə bizi günahsız yerə cəzalandıranlardır.
Nə etməli?
Biz ölkədə normal hakimiyyət, sivil cəmiyyət qurmaq yolunda mübarizəmizi davam etdirməliyik. Bunun üçün hər kəsin Azərbaycanda demokratiya uğrunda mübarizə aparan insanlara dəstək verməsi lazımdır.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib