17-03-2016 [17:51]
Məlum olduğu kimi, ABŞ-ın Federal Rezervlər Sistemi dolların faiz göstəricilərini dəyişməmək qərarı aldıqdan sonra dollar digər valyutalara nisbətən xeyli dəyərdən düşüb.
Dolların ucuzlaşmasını fürsət bilən banklarımız dollar kreditlərini manata çevirməyə başlayıb. Bankların bu addımı fürsətdən istifadə edib, yenə qazanmaq istəyidir.
Bununla bağlı iqtisadçı ekspert Vüqar Bayramov olke.az-a açıqlama verib: "ABŞ-ın FRS sisteminin uçot dərəcəsinin dəyişməyəcəyi əvvəlcədən gözlənilən idi. Bir neçə gün öncə Avropa Mərkəzi Bankı uçot dərəcəsinin aşağı salınması və dövriyyəyə əlavə olaraq 20 milyard avronun buraxılması ilə bağlı qərar qəbul etdi. Ümumi məbləğ 60 milyarddan 80 milyarda qədər artırıldı. Ona görə də, FRS-in uçot dərəcəsini artırması dolların kəskin möhkəmlənməsinə gətirib çıxara bilərdi. Bu da ABŞ-ın ixracı baxımından rəsmi Vaşinqton üçün arzu olunan deyil. Hələlik dolların kəskin ucuzlaşması müşahidə edilmir. Əslində son aylar dolların digər valyutalara nisbətən dəyər itirməsi qeydə alınıb, bu FED-in uçot dərəcəsini dəyişməməsindən öncə baş verdi. Rusiyada rubl son bir ayda ABŞ dollarına nisbətən 15%, Çin valyutası isə ABŞ dollarına nisbətən 2% dəyər qazanıb. Dolların ucuzlaşması prosesi dünya bazarında müşahidə olunurdu.
Azərbaycanda dollarla olan kreditlərin manata çevrilməsi bankların vətəndaşlara güzəşti kimi qiymətləndirilməməlidir. Bank bugünkü məzənnə ilə dollarla olan krediti manata çevirir. Kommersiya banklarında dollarla verilmiş kreditlər fərqli məzənnələrlə verilib. Bəzilərində 0.78, bəzilərində isə 1.05 idi. Vətəndaş indi yeni devalvasiyalardan ehtiyat edərək buna razılıq verir. Burada yenə bank udur. Bank dollarla olan krediti manata çevirməklə növbəti dövrdən kreditləri geri almağa çalışır. Bütün hallarda burada vətəndaş qazanmır. Vətəndaş o zaman qazana bilərdi ki, dövlət və banklar tərəfindən hər hansısa bir güzəşt edilsin, kompensasiya verilsin. Manatın dollara nisbətən məzənnəsi Mərkəzi Bankın həyata keçirəcəyi siyasətdən asılı olacaq. İndiki halda Mərkəzi Bank çalışır ki, valyuta ehtiyatlarına qənaət etsin. Ona görə ki, valyuta ehtiyatları 4 milyarddan aşağı düşüb. Mərkəzi Bank indiki halda Dövlət Neft Fondunun hesabına valyuta ehtiyatlarını qorumağa çalışır, ancaq bunun nə qədər davam edəcəyi neftin dünya bazarındakı qiymətindən asılı olan prosesdir. İndiki məzənnə ilə dollarla olan kreditlərin manata çevrilməsi kommersiya bankları tərəfindən edilən güzəşt deyil. Bu kommersiya banklarının vətəndaşa kreditin yüksək məzənnə ilə verilməsinin rəsmiləşdirilməsidir".
Ekspert Əkrəm Həsənov isə bankların kütləvi şəkildə dollarla olan kreditləri manata çevirməsi haqqında onda məlumat olmadığını deyib:
"Əgər banklar dollarla olan kreditləri manata çevirməyə başlayıblarsa və bunu doğrudan da edəcəklərsə, bu artıq o deməkdir ki, manatın növbəti devalvasiya ehtimalları yoxdur, yaxud azdır. Dolların indiki məzənnəsi ilə manata çevrilməsi də borc alanlara sərf etmir. Ancaq bu pis deyil, çünki vətəndaşın borcu dollarla olanda qorxur ki, növbəti devalvasiya ola bilər. İndi isə biləcək ki, borcu milli valyuta ilədir. Banklar dollarla olan kreditləri manata çevirəndə faizi dəyişməməlidir. Banklar bir devalvasiyadan qazanıblar, bir dəfə də istəsələr ki, faizi artırsınlar, onda bu əsl biabırçılıq olar".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi