Dollar kreditləri ilə bağlı güzəştlər başladı...

img

17-03-2016 [12:58]


"Bank of Baku” krediti dollarda olan müştərilərə güzəşt edib.

Bankdan fins.az-a verilən məlumata görə, dollar borcu olanlar bu gün və sabah banka müraciət etməklə, borc öhdəliyinin qalan hissəsini manata çevirə bilərlər.

Bu güzəşt imkanından dollarda kredit götürən bütün müştərilərin maksimum dərəcədə faydalanmasına imkan yaradılacaq. Təminatlı şərtlərlə kredit götürən müştərilərin müraciətlərinə fərdi qaydada baxılacaq. Bunun üçün kredit tarixçəsindən asılı olaraq müştərilərdən borcun müəyyən – minimum 10%-dən başlayan hissəsini Bankın cari məzənnəsi ilə ödəmələri tələb olunur. Bu əməliyyatın icrası üçün kommissiya haqqı nəzərdə tutulmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA