14-03-2016 [18:30]
"Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə borc üzrə zaminin həbsi ilə bağlı şikayətə baxıldı. Hakim şikayəti təmin etmədi və vətəndaşı həbsdə saxladı”.
Bu barədə bank üzrə ekspert, vəkil Əkrəm Həsənov yazıb. Onun sözlərinə görə, İclasda "Rabitəbank”ın da iki nümayəndəsi iştirak edib: "Belə başa düşdüm ki, hüquqşünas deyildilər. Çünki mənim çıxışıma heç bir hüquqi arqument gətrimədilər. Elə sadəcə dedilər ki, həbs düzgündür və qüvvədə qalmalıdır. Onlar həmçinin dedi ki, əslində vətəndaş işləyir və 300 manat maaş alır. Vətəndaş kişi kimi, mərdi-mərdanə bunu etiraf etdi və dedi ki, "Min bir gecə” restoranında qeyri-rəsmi işləyir və 300 manat alır. Mən bunu bilmirdim, çünki həbs edilən vətəndaşın özünü yalnız iclasda gördüm. Bununla belə, hakimin diqqətinə çatdırdım ki, əvvəla, Səbail məhkəməsinin qərarında vətəndaşın işsiz olması göstərilib və biz burada həmin qərarın qanuniliyinə qiymət veririk.
Nə icra məmuru, nə də Səbail məhkəməsi vətəndaşın işləməsi haqda heç bir rəsmi qeyd etməyib. Digər tərəfdən, işləyirsə belə, belə çıxır ki, qeyri-rəsmi işləyir və buna artıq ayrıca qiymət verilməlidir. "Min bir gecə”nin rəhbərliyi vətəndaşı niyə qeyri-rəsmi işlədir? Qeyri-rəsmi işləmək sübut deyil. Nəhayət, vətəndaş 300 manat alırsa belə, heç nə ödəməli deyil, çünki özünün və himayəsində olan şəxslərin yaşayış minimumu 526 manatdır.
Lakin hakim mənim nə əvvəlki, nə də sonrakı arqumentlərimə qiymət vermədi, heç cəhd də etmədi buna. Heç yerindən qalxmamış, müşavirə etməmiş dedi ki, qüvvədə saxlayıram. Həbs edilən vətəndaşın ailəsi Avropa Məhkəməsinə şikayət etmək istəyir. Ümid edirəm ki, fikirlərindən daşınmayacaqlar”.
Ə. Həsənovun sözlərinə görə, Rabitəbank sinəsini təsadüfən irəli verməyib. "Onun rəhbəri Zakir Nuriyev Banklar Assosiasiyasının da Prezidentidir. Ehtimal edirəm ki, banklar əhalini qorxutmaq istəyirlər ki, gördünüz, hüquqşünaslar düz demir, borca görə vətəndaşı həbs etmək olar. Məqsəd xof yaratmaqdır. Əlbəttə, banklar bununla əhalinin ciddi narazılığına səbəb olmalarını, dövlətçiliyimizi sarstımalarının fərqində deyillər. Ölkəmizin beynəlxalq imici də onları narahat etmir”.
Ekspertin sözlərinə görə, bu qərardan sonra banklar həmləni gücləndirəcək, belə qərarların sayı artacaq. "Buna görə də yalnız bir çıxış yolu var: belə qərarlardan kütləvi şəkildə Avropa Məhkəməsinə müraciət etmək. Bu halda Avropa Məhkəməsi məsələyə münasibətini tez bildirəcək. Mən özüm və Antikollektor bu işdə vətəndaşlara daim pulsuz yardım etməyə hazırıq. Buna görə də bu cür həbslər barədə bizə dərhal xəbər verməyi xahiş edirəm”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi