Azərbaycanda bu siqaretlər 50 faizdən də çox ucuzlaşdı - SİYAHI

img

11-03-2016 [19:32]


Azərbaycanın tütün bazarında siqaretlərin qiymətlərində ucuzlaşma davam edir.

Mia.az-ın report-a istinadən xəbərinə görə, Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən "Imperial Tobacco" şirkəti daha bir tütün məmulatının qiymətini azaldıb. Belə ki, pərakəndə satış qiyməti 2,70 AZN olan "West" siqareti artıq 1,30 AZN-ə satılır.

Məsələ ilə bağlı "Imperial Tobacco"dan bildirilib ki, qiymətin azaldılması yalnız "West" brendinə şamil edilib.

Xatırladaq ki, Britaniya şirkəti martın əvvəlindən əksər məhsulları yeni qiymətlərlə satışa çıxarıb:

"Prima Deluxe" – 1,40 AZN

"ClassicKingSize" – 1,60 AZN

"Imperial ClassicSlims və Imperial ClassicCompact" – 1, 80 AZN

"WestCompact" – 2 AZN

"P&S" – 2 AZN

"Davidoff" – 3 AZN.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA