Mərkəzi Bankın adından saxta məktub yayıldı - Dollar 1.2 manat

img

11-03-2016 [10:15]


Sosial şəbəkələrdə guya Mərkəzi Bank tərəfindən 18 mart 2016-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktub yayımlanıb.

Mia.az Mərkəzi Banka istinadən bildirir ki, həmin məktub saxtadır:

"Bildiririk ki, həmin məktub ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır. Manatın ABŞ dollarına nisbətən məzənnəsi Mərkəzi Bankın bəyan etdiyi idarə olunan üzən məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyən olunur".

Qeyd edək ki, yayılan saxta məktubda doların martın 18-dən etibarən 1.2833 manat olacağı iddia olunub.

Həmin saxta məktubla aşağıdakı foto ilə tanış ola bilərsiniz:

Mərkəzi Bankın adından saxta məktub yayıldı -  Dollar 1.2 manat


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA