Azərbaycanda 2,5 milyon nəfərin kredit borcu var

img

10-03-2016 [15:26]


Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin məlumatına görə, 2016-ci ilin yanvar ayının yekunlarına görə, Azərbaycanda 2 milyon 550 min 916 nəfər borcalan (kredit borcu olanlar) qeydə alınıb. Bu isə ötən ilin yekunları ilə müqayisədə 5 192 nəfər və ya 0,2% çoxdur.

Bu barədə AMB-yə istinadən xəbər verir. Cari ilin fevralın 1-nə xidmətin bazasında 11 milyona yaxın kredit haqqında informasiyalar saxlanılır. AMB-nin məlumatına görə, yanvar ayının yekunlarına görə, xidmətə daxil olan sorğuların sayı 164 026- dan 87 092-ə düşüb. Sorğuların 73,87%-i banklar tərəfindən edilib.

Bundan başqa, Azərbaycanda 2012-ci ildə 1 milyon 540 min borcalan, 2013-cü ildə Azərbaycanda 1 milyon 952 min borcalan, 2015-ci ilin yekunlarına görə isə 2 milyon 545 min 724 nəfər borcalan qeydə alınıb.

Qeyd edək ki, yanvar ayının yekunlarına görə, zamin şəxslərin sayı cüzi də olsa, 1 milyon 216 min 029-dan 1 milyon 216 min 580-dək artıb.

Məlumat üçün bildirək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) 2005-ci ildə Mərkəzi Bankda yaradılıb. MKR-də ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumat toplanır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA