10-03-2016 [11:52]
Ötən ay Azərbaycanda ikinci əl avtomobil bazarında yenidən ucuzlaşma baş verib.
Mia.az xəbər verir ki, avtomobil ekspertləri fins.az-a açıqlamasında yanvar ayı ilə müqayisədə fevralda qiymətlər yenidən ucuzlaşdığını bildiriblər.
Belə ki, alıcı tapılmaması qiymətləri 10 % da aşağı salıb.
Bir ayda 2-8 min manat ucuzlaşma
Badamdar avtomobil bazarından satıcılar bildirirlər ki, xaricdən ölkəyə biznes üçün demək olar ki, avtomobil gətirilmir. Satıcı Oley Şamxalovun sözlərinə görə, hazırda yanlız dövlət sifarişi ilə, ya da hansısa satıcı dostunun sifarişi əsasında avtomobil gətirir. Avtomobil bazarında durğunluq, alıcı tapılmaması hər gün qiymətləri bir qədər də aşağı salır. Ötən ay avtomobil bazarında qiymət 2-8 min manat arasında ucuzlaşıb.
"Lexus”, "Mitsubishi” və "Range Rover”ə baxan yoxdur
Satıcının sözlərinə görə, manatın ucuzlaşmasından sonra gəlirləri azalan əhalinin avtomobilə münasibəti də dəyişib. İri mühərrikli, ehtiyat hissələri baha olan, çox yanacaq işlədən avtomobilləri demək olar ki, alan yoxdur.
Məsələn, 2006-cı ilin "Lexus LX350” modeli 21-22 min manata satılırdısa, hazırda bu avtomobil 13-14 min manata təklif edilsə də, alan yoxdur. Nəticədə 2004-cü il model "Lexus LX 330” avtomobili bir ay ərzində 14 min manatdan 11 min manata kimi ucuzlaşıb.
O.Şamxalov bildirib ki, ötən həftə 2004-cü il model "Range Rover” avtomobilinin sahibi onu 12 min manata təklif etsə də, sonda 10 min manata satmağa məcbur olub. İri mühərrikli modellər sırasında "Mitsubishi”lərin də qiymətləri enməkdə davam edir. Məsələn, 2015-ci il model 3.8 l mühərrikli "Mitsubishi Pajero” 38 500 dollardan 35 min dollara qədər ucuzlaşıb.
"Passat”ı buna görə alımırlar
Satıcıların sözlərinə görə satılmayan modellər sırasında 2012-2013-cü il model "Volksvagen Passat” avtomobilləri də var. Bu avtomobillərin ehtiyat hissələrinin baha olması alıcılarını itirməsinə səbəb olub. Nəticədə qiymətlərdə 5 min manata qədər enmə müşahidə edilir. Məsələn, yanvar ayında 12-13 min manata satılan eyni model indi 8-9 min manata kimi ucuzlaşıb.
"Hyundai” və "Nissan”da 4-7 min manat ucuzlaşma
Avtomobillərin ucuzlaşması bazarla yanaşı elektron satışlarda da müşahisə edilir. Belə ki, avtomobil elanı saytlarında da qiymətlərdə ucuzlaşma müşahidə edilir. Alsat.az saytının rəhbəri Vaqif Hüseynov fins.az-a bildirib ki, hər gün 500-dən çox avtomobil elanı yerləşdirilsə də, alıcı tapılmır. Nəticədə "Lexus”dan "Nissana” qədər bütün avtomobillər fevral ayında ucuzlaşmaqda davam edib. Məsələn, yanvar ayında 2011-2013-cü il model "Hyundai ix35” modeli 15 mi dollara satılırdısa, hazırda son qiymət 8 min dollar təşkil edib. "Nissan” modelləri isə 4 min manata kimi ucuzlaşıb. 2006-201-cü il model "Nissan Murano” avtomobilləri yanvar ayında 11 manata təklif edilirdisə, indi 5-7 min manata bu avtomobili alan yoxdur.
Ən çox alınan "Mercedes”, "Vaz” və "Opel”lərdir
Satıcılar bildirirlər ki, hazırda daha çox alınan avtomobillər 5-15 min manatlıq "Mercedes”lər,"Vaz” və köhnə"Opel”lərdir. Bu da həmin avtomobillərin və ehtiyat hissələrinin ucuz başa gəlməsi, daha davamlı olması ilə bağlıdır. O.Şamxalovun sözlərinə görə, bir ayda bazarda cəmi 40-50 avtomobil satılır. Bu avtomobillərin 25-i "Vaz”, 12-si "Mercedes”, 3-4-ü isə "Opel”dir. Amma ümumi ucuzlaşma bu avtomobillərində qiymətlərinə təsir göstərib. "Mercedes” və "Vaz” avtomobilləri 700-1000 manata yaxın ucuzlaşıb. Məsələn, 1.8 l mühərrikli 1998-ci il model "Mercedes”əvvəl 7 min manata satılırdısa, hazırda 6300-6500 manata təklif edilir. Son vaxtlar məşhur olan "Lada Priora”lar 6500 manatdan 5500 manata kimi ucuzlaşıb. Furqon 1995-2002-ci il model 1.6-1.8 l mühərrikli "Opel”lər isə 1500-4000 manata satılır.
Ucuzlaşma mart ayında da davam edəcək
Avtomobil ekspertləri bildirirlər ki, avtomobil qiymətlərində ucuzlaşma son deyil. Belə ki, mart ayında dolların yenidən bahalaşmağa başlaması və "Novruz bayramı” ilə əlaqədar bazar uçurma doğru irəliləməkdə davam edəcək. Ekspertlər hesab edirlər ki, belə vəziyyətdə insanlar daha ehtiyyatlı davranmağa çalışırlar.Yəni avtomobil almaq istəyənlər əl saxlayır, pulu dollara çevirməyə başlayırlar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi