Mərkəzi Bankdan “üzən məzənnə”dən imtina ilə bağlı - Açıqlama

img

09-03-2016 [16:41]


Azərbaycan Mərkəzi Bankının (AMB)manatla bağlı 2015-ci il dekabrın 21-dən tətbiq etdiyi "üzən məzənnə” rejimindən imtina edəcəyi barədə informasiyalar yayılıb.

Yayılan informasiyalarda dolların məzənnəsinin 2 manatadək bahalaşacağı və yalnız ondan sonra bu sahədə sabitlik yaranacağı iddia olunur.

Mərkəzi Bankın mətbuat xidmətindən isə bu informasiyaların hansısa jurnalist təxəyüllünün məhsulu olduğu bildirilib:

"Hazırda Mərkəzi Bankda "üzən məzənnə” sisteminin ləğv edilməsi ilə bağlı qərar yoxdur. Gələcəkdə olacağını isə indidən proqnozlaşdırmaq mümkün deyil”.
modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA