Azərbaycanda bu siqaretlər ucuzlaşacaq - SİYAHI

img

08-03-2016 [15:31]


Bu gün bəzi siqaretlərin qiymətində ucuzlaşma gözlənilir. Əsasən "Viceroy” markalı tütün məhsullarının qiyməti düşəcək. 

Publika.az-ın əməkdaşı bunu satıcılardan öyrənib.

Onların sözlərinə görə, axırıncı bahalaşmadan sonra ötən həftələrdə digər markalardan olan siqaretlərin qiyməti xeyli düşüb. Lakin ucuzlaşma "Viceroy” brendinə şamil edilməyib. Bu gün isə sözügedən markadan olan siqaretlərin qiymətində ən azı 20 qəpik ucuzlaşma gözlənilir.

Qeyd edək ki, martın 1-dən Azərbaycanda bəzi siqaretlər ucuzlaşıb.

Yeni qiymətlərə əsasən, "Davidoff” 3, "Vest Kompakt” 2, "İmperial Klassik Slims" və "İmperial Klassik Kompakt” 1,80, "Klassik Kinq Sayz” 1,60, "Prima Deluks” 1,40, "P&S” siqareti isə 2 manat olub. Bundan öncə isə "Sobranie" siqaret markalarının bütün növləri ucuzlaşmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA