16-03-2010 [03:41]
Bu gün ?Aqrarkreditbank? Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Sahibkarlar Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirib.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Məmməd Musayev ötən ildə görülən işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə sahibkarlıq çox önəmli sahədir və bu sahəyə diqqət gündən-günə artır. M.Musayev bəzi iqtisadi rəqəmləri diqqətə çatdırdı. 2009-cu ilin dünyada maliyyə böhranı ili olmasına baxmayaraq, ölkəmizdə iqtisadiyyatın inkişaf tempi davam etmişdir. Azərbaycanda ümumi daxili məhsulun artımı 9,3 faiz olmuşdur. Sənayenin artımı 8,6 faiz, inflayasiya isə 1,5 faiz olmuşdur. Bu göstəriciləri 2010-cu ildə də davam etdirmək üçün böyük imkanlar mövcuddur.
Dövlət başçısı konfransdakı çıxışında kənd təsərrüfatının inkişafının sürətləndirilməsini, regionların. sahibkarlığın inkişafını qarşıya ən ümdə məqsəd kimi qoydu. Qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların nəticəsidir ki. bu gün ÜDM-də özəl bölmənin payı 85 faiz təşkil edir. Bu gün ən vacib məsələlərdən biri biznes mühitinin yaxşılaşdırılmasıdır. Dövlət başçısı bildirdi: ?Biznesin inkişafı üçün süni maneələr aradan qaldırılmalıdır, əsassız yoxlamalar dayandırılmalıdır. Yerli icra orqanları sahibkarlara kömək göstərməlidirlər. Dövlət qurumları da öz təşəbbüsləri ilə, qəbul edilmiş qərarlarla və praktiki addımlarla sahibkarların işini daha da yüngülləşdirməlidirlər.? Bu, sahibkarlara çox böyük imkan verir ki, öz işlərini bu proqram sənədi üzərində qursunlar. Digər vacib məsələ ixrac potensialının artırılmasıdır. Dövlət başçısı çıxışında bildirdi ki, dünyanın 50 ölkəsində səfiriliklərimiz fəaliyyət göstərir. Bu səfirliklər Azərbaycan məhsullarının xarici ölkələrə ixracına gömək etməlidir. Bununla əlaqədar olaraq İqtisadi İnkişaf Nazirilyinə və Xarici İşlər Nazirliyinə müvafiq tapşırıqlar verildi. Sahibkarlar Milli Kofederasiyası da bu işlərdə çox fəal iştirak edir. Dünya Bankının Azərbaycanda həyata keçirdiyi ?İxraca dəstək layihəsi? çərçivəsində Sahibkarlar milli Konfederasiyası adları çəkilən Nazirliklərlə, eyni zamanda xarici ölkələrdəki səfirliklərimiz ilə birgə əməkdaşlıq sayəsində Azərbaycan məhsullarının dünya bazarına çıxarılmasına kömək göstəririk. Həmin layihədə sahibkarlara hüqiqi dəstək göstərilməsi, məqsədli güzəştli ixrac kreditləri vermək, vergi yüklərinin azaldılması istiqamətində mühüm addımların atılması nəzərdə tutulub. Sahibkarlar Milli Konfederasiyası ölkədə biznes mühitinin yaxılaşdırılması, yerli istehsalın artırılması, daxili bazarın qorunması istiqamətində 2010-2011-ci illərdə müvafiq işlərin görülməsini planlaşdırıb. Bu ilin fevralında Sahibkarlar Milli Konfederasiyası Həmkarlar Konfederasiyası və Azərbaycan hökuməti ilə birgə saziş imzalayıb. Bu sazişə əsasən fəaliyyət proqramı təsdiqlənib ki, sənəddə görüləcək işlər öz əksini tapıb.
Bu gün qarşıda duran əsas məsələlərdən biri rəqabətədavamlı məhsulların istehsalını həyata keçirmək və dünya bazarlarına ixracını təmin etmək üçün kadrların hazırlanmasıdır. Bu istiqamətdə də mühüm işlər görülür.
M.Musayev qeyd etdi ki, 2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə təmin edilməsi ilə bağıl Dövlət Proqramı təsdiqlənib. Sənəddə 2015-ci ilə qədər süd istehsalı 2,5 milyon tona, quş əti istehsalı 80 min tona, yumurta istehsalı 1,3 min tona, ət istehsalı 340 min tona çatdrılmalıdır. Bu kimi keyfiyyətli məhsulların istehsalı üçün yüksək ixtisaslı peşəkar kadrlara böyük ehtiyac var. Bununla əlaqədar olaraq Təhsil Nazirliyinə və Kənd Təsərrüfatı Nazirliyinə müraciətlər edilib ki, bu sahələri əhatə edən peşəkar kadrlar hazırlansın. Sahibkarlar Milli Konfederasiyasında da Azərbaycan Universiteti ilə birgə fəaliyyət haqqında müqavilə imzalandı. Bu müqavilənin imzalanmasında məqsəd yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Digər ali məktəblərlə də əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi nəzərdə tutulur. İqtisadi İnkişaf Nazirliyinin Tədris Mərkəzi ilə əməkdaşlıq yüksək səviyyədədir. Bu əməkdaşlıq nəticəsində xaricdən mütəxəssislərin cəlb olunmasına, yaxud yerli mütəxəssislərin xaricdə təcrübə əldə etmələrinə nail olunur.
Sahibkarların fəaliyyətini yaxşılaşdırmaq üçün pulsuz hüquqi xidmət göstərmək qərarına gəlinib. Artıq həftənin beşinci günləri sahibkarlara pulsuz hüquqi xidmət göstərilir. Belə xidmətlər maliyyə, vergi, bank, sığorta sahəsində də göstəriləcək. Məqsəd sahibkarların fəaliyyətini günün tələbinə uyğunlaşdırmaqdır.
Sahibkarlar Milli Konfederasiyası Azərbaycan hökuməti ilə sahibkarlar arasında əlaqələrin yüksək səviyyədə qurulmasına çalışır. Görülən işlər öz müsbət nəticəsini verir.
Bildirildi ki, qurumun beynəlxalq maliyyə qurumdarı ilə də əməkdaşlığı yüksək səviyyədədir. Bu əməkdaşlıq öz müsbət nəticəsini verir. Sahibkarlar Milli Konfederasiyası Beynəlxalq Maliyyə Korporasiyasının biznes mühitinin yaxşılaşdırılması layihəsində fəal iştirak edir. ?Son dövrdə Misir Ərəb Respublikasının, Pakistan. Türkiyə, Almaniya və Rusiya səfirlikləri ilə görüşüb, bu ölkələrin sahibkarları arasında əlaqələrin normal qurulması istiqamətində görüləcək işləri müzakirə etdik. 2009-cu ildə Konfederasiya sahibkarlarla sıx əməkdaşlıq etdi. Yanvar ayında Berlində keçirilən ?Yaşıl həftədə? də Azərbaycan məhsullarının sərgidə iştirakında yaxından göməkliyimizi göstərdik. Ümumiyyətlə, biznes forumların, sərgilərin təşkilində Konfederasiyanın xidmətləri xüsusi qeyd edilməlidir. Belə tədbirlərdə İqtisadi İnkişaf Nazirliyi ilə əməkdaşlıq edirik.?
Məmməd Musayev ?Aqrarkredit? Səhmdar Təşkilatının işi baradə də məlumat verdi. Bildirdi ki, Səhmdar Təşkilat 100 faiz səhmi dövlətə məxsus olan qurumdur. Nizamlama kapitalı 18,5 milyon, aktivləri 25,3 milyon, kredit portfeli 16 milyon manatdır. Ötən ili mənfəətlə başa vurub. Məqsəd Azərbaycanın regionlarında xırda və orta sahibkarlara kredit verməkdir. Əsasən kiçik həcmli kreditlər verilir. Hazırda 46 rayonda kredit verilir. Kreditlər qurumun öz vəsaiti hesabına verilir. Məqsədlərdən biri də kənd təsərrüfatının inkişafına dəstək olmaqdır. 2009-cu ildə kənd təsərrüfatının ÜDM-də payı artsa da bu sahəyə qoyulan kreditlərin həcmi azdır. Bu gün kənd təsərrüfatına kredit qoyuluşunun həcmi ümumi kredit portfelində 4,7 faiz təşkil edir. Bu həcmi artırmaq üçün zəruri işlər görülür.
Bildirildi ki, regionların inkişafına dəstək olmaq da qarşıya qoyulan məqsədlərdəndir. 12 bölgədə qurumun filialı fəaliyyət göstərir. Bu filiallar vasitəsilə kreditlərin verilməsi həyata keçirilir.
[b]Rəhilə MANAFOVA[/b]