Hökumətin proqnozu: Peykimiz 200 milyon dollar gəlir gətirəcək

img

07-03-2016 [20:35]


Azərbaycan hökumətinin proqnozlarına əsasən, növbəti 12 il ərzində "Azersky" aşağı orbitli peykin xidmətlərindən əldə edilən gəlirlər 200 milyon dolları ötəcək.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin fəaliyyəti barədə hesabatında deyilir. Hesabatın martın 15-də Milli Məclisdə müzakirə edilməsi gözlənilir.

Qeyd edək ki, "Azersky" aşağı orbitli peykinin idarəçiliyi "Bakutel-2014" sərgisi çərçivəsində "Azərkosmos" ASC və Fransanın "Airbus Defence and Space" şirkəti arasında 2014-cü ilin dekabrında imzalanmış saziş əsasında Azərbaycana verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA