Hökumət qərar verdi, reklamlarla bağlı yeni qadağa qüvvəyə mindi

img

07-03-2016 [13:07]


Azərbaycanda zərərli təsir göstərə bilən reklamın bağça və ümumi təhsil müəssisələrindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilməyəcək.

Mia.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti "Yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamın məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən hansı məsafədən yaxın yerləşdirilməsinə yol verilməməsi haqqında” qərar qəbul edib. Qərara əsasən reklamlarla bağlı yeni qadağa müəyyən edilib. 

Başqa sözlə, yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamın məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilməyəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA