Artur Rəsizadə ötən ilin iqtisadi göstəricilərini Azərbaycan üçün uğurlu sayıb

img

16-03-2010 [01:58]


Hökumətin hesabatını parlamentə Baş nazir Artur Rəsizadə təqdim edib. O ötən ilin iqtisadi göstəricilərini Azərbaycan üçün uğurlu sayıb. Baş nazir deyib ki, 2009-cu ildə ümumi daxili məhsul 9,3 faiz artıb. Yəni 34,6 milyard manat təşkil edib. Baş nazirin sözlərinə görə, pensiyaların orta göstəricisi 104, minimal əmək haqqı isə 75 manat olub. Üst-üstə isə ötən il 654 min şəxs ünvanlı sosail yardım alıb. Baş nazir çıxışında inflyasiyaya da toxunub. Onun sözlərinə görə, ötən il inflyasiya cəmi 1,5 faiz olub. Baş nazir həmçinin qeyd edib ki, ötən il sənaye, energetika, nəqliyyat və müdafiə sahələrində ciddi irəliləyişlər əldə edilib. Hazırda bu hesabat ətrafında müzakirələr gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA