Gömrükdən fiziki şəxslərə xəbərdarlıq...

img

05-03-2016 [14:56]


Kommersiya məqsədilə Gürcüstana səyahət edən bir qrup şəxs əlilliklərindən və cəmiyyətdəki bəzi statuslarından istifadə edərək son günlərdə bu ölkədən gətirdikləri şəxsi istehlak miqdarından artıq mallara görə, rüsum və vergiləri ödəməkdən imtina edirlər.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, bu tələbləri yerinə yetirilmədikdə həmin şəxslər asayişi pozmağa çalışır, vətəndaşların, eləcə də nəqliyyat vasitələrinin gömrük sərhəddindən normal keçidinə maneələr yaradırlar.

DGK bir daha bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalari”nın 2.1.11-ci maddəsinə əsasən fiziki şəxslər şəxsi istifadəsi üçün gömrük sərhədindən 10 kiloqrama qədər ərzaq məhsullarını (nərə cinsli balıq istisna olmaqla) hər hansı rüsum ödəmədən keçirə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA