04-03-2016 [21:56]
Azərbaycan Demokratiya və Rifah Hərəkatının lideri, tanınmış iqtisadçı alim Qubad İbadoğlu Prezident İlham Əliyevin bu gün gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı imzaladığı sərəncamı şərh edib.
Mia.az tanınmış iqtisadçının "feysbuk"dakı şərhini olduğu kimi təqdim edir:
"Azərbaycan Respublikasının prezidenti gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu sərəncam bir daha göstərdi ki, həqiqətən də hazırda Azərbaycan iqtisadiyyatının ən ağrılı yerlərindən biri mövcud gömrük sistemidir.
Belə olmasa idi, yalnız prezident səviyyəsində son 3 ayda xarici ticarət və gömrük sistemi ilə bağlı 5 sənəd imzalanmazdı. Təəssüflər olsun ki, Dövlət Gömrük Komitəsi prezident sərəncamından irəli gələn tapşırıqların yerinə yetirilməsi əvəzinə, əsas diqqətini dövrü mətbuatda dərc olunan yazıları arqumentsiz cavablandırmağa yönəldib.
Hesab edirəm ki, kompleks yanaşma baxımından son sərəncam əvvəlkilərdən fərqlənir və bu sənəddə Azərbaycan Demokratiya və Rifah Hərəkatının təqdim etdiyi"İqtisadiyyatda əsas və təxirsalınmaz tədbirlər Paketi"ndə olan bir sıra tədbirlər də yer alıb. Eyni zamanda mənim dəfələrlə qaldırdığım güzgü metodologiyası vasitəsilə gömrük statistikasının təkmilləşdirilməsinə dəstək olaraq, xarici ticarətin gömrük statistikasını beynəlxalq təcrübəyə və standartlara uyğun inkişaf etdirmək, onun düzgünlüyünü və operativliyini təmin etmək bir vəzifə kimi Dövlət Gömrük Komitəsinin qarşısına qoyulub.
Bununla yanaşı, son sərəncamla məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, ayrı-ayrı dövlət orqanları ilə qarşılıqlı elektron informasiya mübadiləsinin həyata keçirilməsi, gömrük nəzarətinin səmərəliliyini artırmaq məqsədi ilə gömrük sistemində mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə edilməsi, gömrük sərhədindən mal dövriyyəsini sürətləndirmək məqsədi ilə beynəlxalq təcrübədə qəbul olunmuş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlar (şəhadətnamələr), sənədlər əsasında malların gömrük sərhədindən keçirilməsinə şərait yaradılması, vaxt itkisinin aradan qaldırılması məqsədi ilə qısa idxal bəyannaməsinin və ona əlavə olunmuş, əvvəlcədən yoxlanılmasını və gömrük nəzarətinin həyata keçirilməsinin nəticəsi əsasında malların gömrük ərazisinə buraxılışı, gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, oradan çıxması və tranziti ilə bağlı əldə edilən məlumatların başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə elektron informasiya mübadiləsinin həyata keçirilməsi vəzifələrinin icrası Dövlət Gömrük Komitəsinə tapşırılıb. Bundan əlavə, Dövlət Gömrük Komitəsinə 2 ay müddətində gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi və şəffaflığın artırılması məqsədi ilə gömrük qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlanması tapşırığı verilib.
Hesab edirəm ki, bu sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsi xüsusilə də böhran dövründə çox vacibdir. Lakin yaxşı olardı ki, onların icrasını qiymətləndirmək və nəticlərini ölçmək üçün indikatorlar da müəyyənləşdirilməlidir. Belə indikatorların siyahısına gömrük sərhədinə girən maşınların neçə dəqiqə ərzində oranı tərk etmək, elektron xidmətlərdən sitifadə edənlərin statistik sayı, iş adamnın təqdim etdiyi sənədlərin sayı və onlara sərf etdiyi vaxtın müddəti və digərləri aid edilə bilər. Bu, son nəticədə gömrük sərhəddində mal dövriyyəsinin necə sürətləndiyini və vaxt itkisinin necə aradan qaldıırılmasına qiymətləndirməyə imkan verər. Qeyd edim ki, anaoloji qiymətləndirmələr xarici ölkələrin təcrübəsində də vardır və həmin ölkələrdə gömrük orqanları sərhədi keçən maşınların hətta neçə dəqiqə ərzində gömrük rəsmiləşdirməsini başa çatdırmasına dair dövrü hesabatlar açıqlayır və onu monitor edirlər".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi