04-03-2016 [18:17]
Mərkəzi Bankın rəsmi açıqlamasına görə bu gün məzənnə 1,6019 AZN/USD olub.
İqtisadçı alim Vüqar Bayramov Modern.az saytına 3-cü devalvasiya təhlükəsindən danışarkən bunun gözlənilən olduğunu vurğulayıb:
"Hazırda manatın məzənnəsi 2 istiqamətdə dəyişir. Bir tərəfdən dollara tələb artır və tələbin artması xüsusən fevralın sonundan başlayaraq manatın məzənnəsinin aşağı düşməsinə gətirib çıxarıb.
Eyni zamanda hərraca çıxarılan dolların həcmində də artımlar var. Bu da birbaşa dollara tələbin yüksəlməs ilə bağlıdır.
Nəzərə alaq ki, yeni devalvasiya təhlükəsi, psixoloji olaraq dollar alanların sayını artırır. Digər tərəfdən yanvar, fevral aylarında idxalın azalması dollara tələbi azaltmışdı. Amma yenidən idxalın artması dollara tələbi də artırıb. Dollara artan tələb isə manatın kursunun aşağı düşməsinə gətirib çıxarır”.
Ekspert bayram ərəfəsində "qara bazar”ın yenidən canlanacağını istisna etməyib:
"Ümumiyyətlə, indiki məqamda Mərkəzi Bank qabaqlayıcı addımlar atmalıdır. Bu gün dolların alış-verişində də texniki problemlər var. Nəzərə alsaq ki, dollar banklar və şöbələr tərəfindən satılır, praktik olaraq qarşıdan şənbə, bazar, 7 günlük bayram günləri gəlir. Bu günlərdə "qara bazar”ın genişlənməsi ehtimalı çox yüksəkdir. Həmin günlərdə banklar işləmədiyi üçün xarici valyutaya ehtiyac duyan vətəndaşlar məhz "qara bazar”a üz tutaraq yüksək kursla dollar almağa məcbur olacaqlar.
Ona görə də, xüsusən bayram ərəfəsində və bayram günlərində manatın məzənnəsinin aşağı düşməsi qaçılmaz olacaq”.
V.Bayramov Mərkəzi Bankın "sürprizləri” sayəsində 1dolların 2 manata qədər bahalaşacağı proqnozunu verib: "Azərbaycanda "üzən məzənnə” rejimi tətbiq edilmədiyindən manatı hər an təhlükə gözləyir. Bildiyimiz kimi, Mərkəzi Bank 4 faizlik marj tətbiq edir. Əgər Mərkəzi Bank realda "üzən məzənnə” rejiminə keçərsə, manat dollar qarşısında dəyərsizləşməkdə davam edəcək. Yeni manatın məzənnə isə Mərkəzi Bankın qəbul edəcəyi qərardan asılı olacaq. Kommersiya bankları Mərkəzi Bankın rəsmi məzənnəsindən 4 faiz baha məzənnə müəyyənləşdirə bilmirlərsə, deməli, "üzən məzənnə” rejimi tətbiq edilmir.
Ona görə də, manatın məzənnəsinin ucuzlaşması gözləniləndir. Mərkəzi Bank bazardan çəkiləcəyi təqdirdə ( yanvarın 8-də bazardan çəkildiyi zaman 1 dollar 1,90 manata qədər bahalaşdı-red)1 dollar 2 manata qədər ucuzlaşacaq”.
Ekspert həmçinin Mərkəzi Bankın uçot dərəcəsini 7 faizə qaldırmasına da münasibət bildirib:
"Hazırda uçot dərəcəsi ilə kredit faizləri arasında kəskin fərq var.
Uçot dərəcəsi mikrokreditlər üzrə bankların təklif etdiyi faizlərdən 3,5 dəfə, istehlak kreditləri üzrə isə 4,2 dəfə azdır. Kəskin fərq olduğu üçün kredit faizlərinin bahalaşmasına gətirib çıxarmayacaq. Onsuz da Azərbaycanda ucuz kredit yoxdur. Bahalı olan kreditlərin indiki məqamda bahalaşması və hələlik uçot dərəcəsinin kredit bazarına təsiri real deyil”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi